Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-121/2021 09.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində qaynanası Zərərçəkmiş şəxs yaşadığı evdə vurmuş, sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Tutu onun arvadı, Arzu isə qayınanasıdır. Tutu ilə birgə nikahlarından 2 azyaşlı övladları vardır. Ailə qurduqdan sonra mehriban yaşamışlar. Lakin qayınanası Arzu onların ailəsinə müdaxilə etməyə başladıqdan sonra ailəsində narazılıqlar yaranmış, dəfələrlə aralarında mübahisə baş vermişdir. Ağdaş RPŞ-də barələrində araşdırma aparılmış, lakin yenidən barışıb birlikdə yaşamışlar. xx xxxxxx 2021-ci il tarixdə Tutu uşaqlarını da götürüb həkimə getmək bəhanəsi ilə evdən çıxmış, lakin sonradan Tutunun bacısı Gülnarın evinə getdiyini öyrənmişdir, xx xxxxxx 2021-ci il tarixdə ailəsini evə gətirmək üçün Gülnarın evinə getdikdə Arzu ilə Gülnar ona ailəsini evə gətirməyə imkan verməmişlər. Ona görə də aralarında mübahisə yaranmışdır. Həmçinin o, mübahisə vaxtı Tutunu və digərlərini döyməmiş və heç bir xəsarət yetirməmişdir. Mübahisə Gülnarın yaşadığı evdə baş vermiş, həmin vaxt orada Tutunun ailə üzvlərindən başqa heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun kürəkənidir. Elçin təxminən 9 il bundan əvvəl onun qızı Tutu ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 2 azyaşlı övladları vardır. Ailə qurduqdan sonra Elçin qızı ilə düzgün rəftar etməmiş, dəfələrlə onların arasında mübahisə və dava-dalaş baş vermişdir. Ağdaş RPŞdə barələrində dəfələrlə araşdırma aparılmış, sonuncu dəfə təxminən 2-3 il bundan əvvəl Elçin Tutunu döydüyünə görə 15 günlük inzibati həbs cəzası da almışdır. xx xxxxxx 2021ci il tarixdə yenə qızı Tutu ilə Elçin arasında mübahisə baş vermiş, qızı Tutu da Ağdaş RMX-yə getmiş, Tutu Ağdaş RMX-dən çıxandan sonra onun yaşadığı evə gəlmişdir. xx xxxxxx 2021-ci il tarixdə günorta saat 14:00 radələrində Elçin onun yaşadığı evə gəlmiş, Elçin səs-küy salaraq Tutunu və uşaqları özü ilə aparmaq istəmişdir. Lakin qızı Tutu getməyəcəyini dedikdə Elçin onlarla mübahisə etməyə başlamış, aralarında mübahisə baş vermişdir. Mübahisə vaxtı Elçin onun oğlu Muradı vurmaq istəmiş, özü və digər qızı Gülnar araya keçmişlər və Elçini saxlamışlar. Sonra Elçini evdən çıxartmışlar, həmin vaxt oğlu Murad da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hadisə vaxtı Elçin ona xəsarət yetirmişdir. Elçin Murada heç bir xəsarət yetirməmiş, aralarındakı mübahisə yaşadığı evdə baş vermiş, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid X4 izahatında bildirdi ki, Şəxs onun bacısı Tutunun əridir. Elçin təxminən 9 il bundan əvvəl onun bacısı Tutu ilə ailə qurmuş və onların nikahlarından 2 azyaşlı övladları vardır. Bu müddət ərzində Elçin Tutu ilə normal rəftar etməmiş və dəfələrlə aralarında mübahisə, dava-dalaş baş vermişdir. Ağdaş RPŞ-də barələrində dəfələrlə araşdırma aparılmış, sonuncu dəfə bir neçə il bundan əvvəl Elçin Tutunu döydüyünə görə 15 günlük inzibati həbs cəzası almışdır. xx xxxxxx 2021-ci il tarixdə yenə bacısı Tutu ilə Elçin arasında mübahisə baş vermişdir. Bacısı Tutu da Ağdaş RMX-yə getmiş, Tutu Ağdaş RMX-dən çıxandan sonra onun yaşadığı evə gəlmişdir. Anası Arzu və qardaşı Murad da onunla birlikdə yaşayır. xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Elçin onun yaşadığı evə gəlmiş, səs-küy salaraq Tutunu və uşaqları özü ilə aparmaq istəmişdir. Lakin bacısı Tutu getməyəcəyini dedikdə Elçin onlarla mübahisə etməyə başlamış, aralarında mübahisə baş vermiş, mübahisə vaxtı Elçin onun qardaşı Muradı vurmaq istəmiş, özü və anası Arzu araya keçmişlər. Elçini saxlamışlar, sonra Elçini evdən çıxartmışlar. Həmin vaxt qardaşı Murad da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək şikayət etdmişdir. Həmçinin, Elçin ona və Murada heç bir xəsarət yetirməmişdir. Aralarındakı mübahisə yaşadığı evdə baş vermiş, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində Şəxs Nofəl oğlu ilə qayınanası Zərərçəkmiş şəxs, baldızı Gülnar Yalçın arasında mübahisə baş vermişdir. Mübahisə vaxtı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının CM-in 127-ci və 128-ci maddələrinin, həmçinin də onların arasında baş vermiş mübahisə və dava-dalaş zamanı onların ictimai qaydanı kobud surətdə pozmaları, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini etməsi kifayət qədər sübutlarla öz təsdiqini tapmadığından, şəxsi münasibətlər zəminində başlamış hərəkətləri sonradan ictimai qaydanı uzun müddət kobud surətdə pozulması, cəmiyyətə açıq-aşkar hötmətsizlik edən hərəkətlərə keçmədiyindən onların əməllərində Azərbaycan Respublikası CM-in 221ci maddəsinin tərkib əlamətləri yaranmamışdır. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onlun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X1 xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat xx xxxxxx 2021-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-121/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-121/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver