Məhkəmə qərarları › İş №3(014)-124/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-124/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-124/2024 12.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 1 noyabr 1970-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1166/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 630 manat alınaraq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənməlidir və Şəxs 630 manat borcu üzürsüz səbəbdən ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1166/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 630 manat alınaraq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1166/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli icra sənədi 21 noyabr 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin tarixdə tərəfindən icraata qəbul edilmişdir. İcra sənədləri icraata qəbul edildikdən sonra dəfələrlə borcluya bildiriş göndərilmiş, lakin Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən yayınmışdır. Buna görə də Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair Ağdaş Rayon Məhkəməsində qərar qəbul edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcun ödənilməsi tələb olunsa da o, borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, maddi imkanı yaxşı olmadığı üçün yaranmış borcu ödəyə bilməmişdir. Hazırda borcu tam ödəmişdir. Onun icra sənədi üzrə heç bir borcu qalmamışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hal şahidləri olan məhkəmə iclas katibi X1 və X2 iştirakı ilə 630 manat məbləğində borcu İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 təhvil verdi və bu barədə akt tərtib edilərək tərəflərin və şahidlərin imzaları ilə təsdiqləndi. İş materiallarında olan X3 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına hər hansı əmlakın və ya gəlirinin olması müəyyən edilməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1166/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh 1 noyabr 1970-ci il tarixdə ünvan 2ində doğulmuş və ünvan 2ində qeydiyyatda olan Şəxs 600 (altı yüz) manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə verilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-64/2020 nömrəli, 20 fevral 2020-ci il tarixli qərardadından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1166/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli icra sənədi üzrə ünvan 2i ünvanında qeydiyyatda olan borclu Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə iclasında müvafiq icra sənədini icra etdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar