Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-125/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, Ağdaş rayonu, Ləki qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15.02.2022-ci il tarixdə, saat 12:30 radələrində Ağdaş rayonunun Binələr kəndi ərazisində olan əkin sahəsində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X2 03 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10.03.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, şəxsi təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanlarını Ağdaş rayonunun Binələr kəndi ərazisində otararkən 15.02.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində əvvəllər tanımadığı, sonradan adının Aqil olmasını bildiyi şəxs ona yaxınlaşmış, onu nalayiq ifadələrlə təhqir etmişdir. Aqil adlı şəxsdən onu nəyə görə təhqir etməsini soruşmuşdur. Aqil adlı şəxs onun üzərinə gələrək bir dəfə yumruqla vurmuş, bundan sonra yenə də Aqil adlı şəxsdən nəyə görə onu vurmasını soruşmuşdur. Aqil adlı şəxs heyvanları ona məxsus əkin sahəsində otararaq ona maddi ziyan vurduğunu söyləmişdir. Zərərçəkmiş şəxs heyvanları ona məxsus əkin sahəsində otarmadığını və ona heç bir maddi ziyan vurmadığını söyləmişdir. Sonra Zərərçəkmiş şəxs onu sözdə hədələmişdir. Zərərçəkmiş şəxsla onun arasında mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs başqa heç kim olmamış və sonradan da heç kim gəlməmişdir. Zərərçəkmiş şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağdaş rayonunun Binələr kəndində yerləşən özünə məxsus çöl pay torpaq sahəsində arpa bitkisi əkmişdir. 15.02.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində özünə məxsus pay torpaq sahəsinə nəzarət etmək üçün getmişdir. Həmin zaman sonradan adının Nadir olmasını bildiyi şəxs 8 baş iribuynuzlu və təxminən 30 baş xırdabuynuzlu heyvanı ona məxsus əkin sahəsində otarmasını görmüşdür. Nadir adlı şəxsə yaxınlaşaraq irad bildirmiş və heyvanları ona məxsus əkin sahəsindən çıxarmasını tələb etmişdir. Həmin zaman Şəxs onun üzərinə gələrək əlində olan çomaqla onun bel nahiyəsindən bir dəfə, qarın nahiyəsindən təpiklə bir dəfə və sifət nahiyəsindən əli ilə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra heyvanlarını otarıb aparmışdır. Onların arasında mübahisə və dava-dalaş təxminən 15 dəqiqə davam etmişdir. Həmin vaxt orada ondan və Şəxs başqa heç kim olmamış, sonradan da heç kim gəlməmişdir. Aralarında baş vermiş dava-dalaş zamanı Şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Şəxs ona külli miqdarda ziyan vurmuş, nə hadisədən sonra ondan üzr istəmiş, nə də zərəri ödəməmişdir. Buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs 15.02.2022-ci il tarixdə, saat 12:30 radələrində Ağdaş rayonunun Binələr kəndi ərazisində olan əkin sahəsində şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat vermiş, hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 10.03.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 05 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 10 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 05 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəllər cinayət törətdiyinə görə barəsində ittihamedici hökm çıxarılmışdır. Eyni zamanda, hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cəhd etməməsi, xəsarətlə bağlı üzrxahlıq etməməsi, hadisəni etiraf etməməklə özünümüdafiə xarakterli izahatlar verməsi onu mənfi xarakterizə edən hallardır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10.03.2022-ci il tarixindən, saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-125/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-125/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver