Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-125/2023 14.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərab regional X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala 14 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərab regional X5 İdarəsinin X5 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün A]da. Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 21 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus PVS aksesuarları istehsalı müəsisəsində planlı X7 keçrilən zaman obyektdə X1 Azərbaycan Respublikasının tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərab regional X5 İdarəsinin X5 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərab regional X5 İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində monitorinq aparılan zamanı nöqsanlar aşkar edilmiş və protokol tərtib edilmişdir. Protokol "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştrakı ilə edilmiş, lakin bu barədə müvafiq sənədləri onlara təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Yanğın-Texniki Müayinənin aparılması haqqında 21 fevral 2023-cü il tarixli, 0644 nömrəli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus PVS aksesuarları istehsalı müəsisəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plan üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal- Qərab regional X5 İdarəsinin X5 Şöbəsi tərəfindən müayinə aparılması qərara alınmışdır. - 21 fevral 2023-cü il tarixli tarixli, 0644 nömrəli Yanğın-Texniki Müayinə aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərab regional X5 İdarəsinin X5 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X3, həmin şöbənin inspektoru, daxili xidmət kapitanı X2 21 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus PVS aksesuarları istehsalı müəsisəsində planlı X7 keçrilən zaman obyekt icbari qaydada sığırtası olmadığı (X1 Azərbaycan Respublikasının qanununun 23-cü maddəsi), obyekt binadaxili elektrok naqillərinin gərginliyinə qarşı müqaviməti ixtisaslı mütəxəsis tərəfindən yoxlanılmadığı (YTQ № 01-2001 bənd 6.1), obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya vasitələri ilə təhciz edilmədiyi (YTQ № 01-2001 bənd 9.3), obyekt normaya uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olmadığı (YTQ № 01-2001 bənd 10.4), tkinti quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunmamış, habelə obyektin istismarı zamanı Dövlət Yanğın Xidməti ilə razılaşdıılmamışdır (YTH Azərbaycan Respublikasının qanununun 25-ci maddəsi) pozulması müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Azər Kərimov hhəmin akta imza etmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 21 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus PVS aksesuarları istehsalı müəsisəsində planlı X7 keçrilən zaman obyektdə X1 Azərbaycan Respublikasının tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib, inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız faktın aşkar edildiyi müəssisənin ünvanında nümayəndə kimi Azər Kərimov işə cəlb edilərək 21 fevral 2023-cü il tarixli tarixli, 0644 nömrəli Yanğın-Texniki Müayinə aktına imza etmişdir. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarında görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 109, 114, 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Şimal-Qərab regional X5 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-125/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-125/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver