Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-125/2024 12.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 29 fevral 2024-cü il tarixdə günorta saatlarında Ağdaş rayonu, Ağcayazı kənd sakini Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığına dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 məhkəmə iclasında bildirdi ki, Şəxs 29 fevral 2024-cü il tarixdə günorta saatlarında Ağdaş rayonu, Ağcayazı kənd sakini Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona sağlamlığına dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, İkinci Qarabağ döyüşləri zamanı müharibədə yaralanmış və qazi olmuşdur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla əvvəllər aralarında heç-bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yerləşən yaşadığı evin yaxınlığında təxminən 50 sot boş torpaq sahəsi vardır. Keçən ilin noyabr ayında Ağdaş rayon İcra Hakimiyyətində başçının qəbulunda olub və həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı tapşırıq verilmişdir. Zərərçəkmiş şəxs qeyri-qanuni yolla ona məxsus torpaq sahəsində dəfələrlə əkinlər əkən zaman ona torpaq sahəsinin ona verilməsi ilə bağlı xəbardarlıq etmiş, Zərərçəkmiş şəxs isə onunla razılaşmayaraq torpaq sahəsinin guya ona məxsus olmasını bildirmişdir. Bu səbəbdən aralarında tez-tez mübahisələr yaranmışdır. Sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə torpaq sahəsində ağır texnika ilə əkin işləri gördürdüyü zaman Zərərçəkmiş şəxs qardaşı Hüseyn Seyidov ilə torpaq sahəsinə gələrək texnikanın işləməsinə mane olmuş və onunla mübahisə etməyə başlamış, həmin vaxt söyüş söymüş, lakin Zərərçəkmiş şəxs vurmamış və ya hər hansı bir xəsarət yetirməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs söydüyü söyüşlərə görə üzr istəyir və onun torpaq sənədləri hazır olanadək Zərərçəkmiş şəxs əkdiyi məhsula dəyməyəcəyinə və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, bağışlamasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. Onunla əvvəllər aralarında heç-bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, yaşadığı evin yaxınlığında kimə məxsus olduğunu bilmədiyi boş torpaq sahəsi vardır. Sonradan həmin torpaq sahəsi İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən ona verilmişdir və o, həmin torpaq sahəsinə “keşniş, şüyüt və başqa göy-göyərti” toxumları səpmişdir. Sonuncu dəfə oraya 29 fevral 2024-cü il tarixdə gedən zaman Şəxs torpaq sahəsində olduğunu və onun toxum səpdiyi torpaq sahəsindən traktor sürdürdüyünü görmüşdür. Bunun səbəbini ondan soruşduqda Şəxs ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu, ona verildiyini, buna görə də, ərazidə təmizləmə işləri apardığını demiş və ona torpaq sahəsindən çıxmasını istəmişdir. Bu səbəbdən onlar arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Şəxs yumruqla onun boyun nahiyəsindən vurmuşdur. Həmin vaxt onları qardaşı Hüseyn Seyidov bir-birindən uzaqlaşdırmış, bu zaman Şəxs DİN-nin 102 xidmətinə guya qardaşının onu bellə hədələməsi ilə bağlı məlumat vermişdir. Aralarındakı mübahisə 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada qardaşı və Şəxs başqa kimsə olmamışdır. Onun torpaq sahəsinə aid hər hansı hüquqmüəyyən edici sənədi yoxdur və ona hər hansı maddi ziyan dəyməmişdir. O, məhkəmənin barışıq təklifini qəbul edir, Şəxs ilə barışır, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. Daha sonra zərərçəkmiş şəxs X4 barəsində inzibati icraat aparılan şəxs X5 ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. Daha sonra Zərərçəkmiş şəxs barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışması barədə məhkəməyə ərizə təqdim edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 5 mart 2024-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Müxdəsər qızının bədənində olan xəsarət boynun sağ arxa nahiyyəsinin yumşaq toxumalarının əziləməsi, küt alət təsirindən törənmiş, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 9 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan DİN-nin inzabati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından görünür ki, Şəxs əvvəllər inzibati xəta törətməmişdir. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarla təltif olunmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-125/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-125/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver