Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-126/2023 15.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın nəzarəti İdarəsinin X10 Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə Hüquqi ünvanı Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 74 olan "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın nəzarəti İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın nəzarəti İdarəsinin X10 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X6 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, 21 fevral 2023-cü il tarixdə Ağdaş rayonu Maşad ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Anbar-ofis binasında planlı X9 keçrilən zaman obyektdə X1 Azərbaycan Respublikasının tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın Nəzarəti İdarəsinin X10 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində monitorinq aparılan zamanı nöqsanlar aşkar edilmiş və protokol tərtib edilmişdir. Protokol "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştrakı ilə edilmiş, lakin bu barədə müvafiq sənədləri onlara təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Yanğın-Texniki Müayinənin aparılması haqqında 13 fevral 2023-cü il tarixli, 0645 nömrəli qərardan görünür ki, Ağdaş rayonu Maşad ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Anbar-ofis binasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plan üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın nəzarəti İdarəsinin X10 Şöbəsi tərəfindən müayinə aparılması qərara alınmışdır. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli tarixli, 0645 nömrəli Yanğın-Texniki Müayinə aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın nəzarəti İdarəsinin X10 Şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru X6, həmin şöbənin inspektoru, daxili xidmət kapitanı X4 21 fevral 2023-cü il tarixdə Ağdaş rayonu Maşad ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Anbar-ofis binasında planlı X9 keçrilən zaman obyekt icbari qaydada sığırtası olmadığı (X1 Azərbaycan Respublikasının qanununun 23-cü maddəsi), obyekt binadaxili elektrok naqillərinin gərginliyinə qarşı müqaviməti ixtisaslı mütəxəsis tərəfindən yoxlanılmadığı (YTQ № 01-2001 bənd 6.1), obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya vasitələri ilə təhciz edilmədiyi (YTQ № 01-2001 bənd 9.3), obyekt normaya uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olmadığı (YTQ № 01-2001 bənd 10.4), tkinti quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunmamış, habelə obyektin istismarı zamanı Dövlət Yanğın Xidməti ilə razılaşdıılmamışdır (YTH Azərbaycan Respublikasının qanununun 25-ci maddəsi) pozulması müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Azər Kərimov həmin akta imza etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 21 fevral 2023-cü il tarixdə Ağdaş rayonu, Maşad ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Anbar-ofis binasında planlı X9 keçrilən zaman obyektdə X1 Azərbaycan Respublikasının tələblərinin pozulması müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız faktın aşkar edildiyi müəssisənin ünvanında nümayəndə kimi Azər Kərimov işə cəlb edilərək 21 fevral 2023-cü il tarixli tarixli, 0645 nömrəli Yanğın-Texniki Müayinə aktına imza etmişdir. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-in 64-cü maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İşin materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti X5 Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-126/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-126/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver