Məhkəmə qərarları › İş №3(014)-126/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-126/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-126/2024 13.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sabirli Nərmin Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Azəriqaz” İstehalat Birliyində operator vəzifəsində işləyən, himayəsində üç uşağı olan, Ağdaş şəhəri, X4 küçəsi 2/22/16 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 11 mart 2024-cü il tarixdə saat 17:45 radələrində narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə “UFAN LF 7132/2 320” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən Yol patrul xidməti inspektoru, polis serjantı X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində “UFAN LF 7132/2 320” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən saxlanılaraq sənədlərinin təqdim edilməsi xahiş edilmiş və sənədlər yoxlanılarkən Şəxs məxsus sürücülük vəsiqəsinin vaxtının bitdiyi müəyyən edilmişdir. Həmçinin o, iki yol hərəkət nişanı olduğu ərazidə hərəkət nişanlarından birini pozmuşdur. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün tibbi müayinədən keçdikdən sonra Şəxs narkotik vasitə istifadə edərək avtomobil idarə etdiyi müəyyən edilmişdir. Bundan sonra qanuni tədbir görülməsi üçün barəsində protokol tərtib edilərək baxılması üçün məhkəmə göndərilmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, sonuncu dəfə 9 fevral 2024-cü il tarixdə narkotik vasitədən istifadə etmişdir. Lakin o, saxlanılan gün narkotik vasitədən istifadə etməmişdir. Belə ki, Gəncə şəhəri Narkoloji Dispanserində həkimlər ona bildirmişlər ki, ola bilsin yaxın günlərdə narkotik vasitə istifadə etdiyindən müayinə keçirilən zaman narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. O, sürücülük vəsiqəsinin müddətinin bitməsinə baxmayaraq avtomobil idarə etmişdir. Lakin narkotik vasitə qəbul edərək avtomobil idarə etməmişdir. Bu tam əsassızdır. Buna görə də barəsində tərtib edilmiş protokolu həmin hissədə qəbul etmir və ona yüngül cəza verilməsini xahiş etdi. İşin materiallarında olan 11 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 mart 2024-cü il tarixdə saat 17:45 radələrində “UFAN LF 7132/2 320” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İşin materiallarında olan 11 mart 2024-cü il tarixli, 491 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidiyində marixuana aşkar edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 421 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 12 mart 2024-cü il tarixli, 713/2024 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli arayışdan görünür ki, Ağdaş şəhəri, X4 küçəsi 2/22/16 ünvanında yaşayan Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitib-bitməməsi DİN-nin BDYPİnin Mərkəzi Məlumat sistemində yoxlanılarkən Şəxs AC 407218 nömrəli sürücülük vəsiqəsinin 14 noyabr 2023-cü il tarixdən etibarlılıq müddətinin bitdiyi müəyyən olunmuşdur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 11 mart 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol və işin materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs saxlanılan zaman və avtomobil idarə edərkən narkotik vasitədən istifadə etməməsi bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə İXM-nın 334-1.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 334-1.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə “həbs” növündə inzibati tənbehin tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Həbsetmənin əvvəli tutulduğu vaxtdan 13 mart 2024-cü il tarixdən saat 12:20-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 13 mart 2024-cü il tarixdən saat 12:20-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar