Məhkəmə qərarları › İş №3(014)-128/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-128/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-128/2021 01.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə Hüquqi ünvanı ünvan 1 mənzil 7 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə X2 Xidmətinin Mingəçevir ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC Ağdaş rayonunun Aşağı Nemətabad kəndi ərazisində 104,0 ha xüsusi mülkiyyətində olan örüş kateqoriyalı kənd təsərrüfatı təyinatlı torpaqlarda 90,0 hektarını şumlayaraq məqsədli təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə bildirdi ki, Şəxs MMC xüsusi mülkiyyətində olan 104,0 ha kənd təsərrüfatı təyinatlı torpağın bir hissəsində 2020-ci ilin oktyabr və noyabr aylarında arpa əkmiş və həmin əkin sahəsindəki arpa şirkətə məxsus olan heyvanların yemlənməsi üçün nəzərdə tutulmuşdur. Arpa əkildikdən sonra tərəflərindən xüsusi qulluq olunmamışdır. Mülkiyyətlərində olan torpağın örüş üçün nəzərdə tutulduğunu bilsə də, yalnız 1 dəfə - 2020-ci ilin payız aylarında heyvanların yemlənməsi üçün əkin əkilmişdir. Torpaq kənd təsərrüfatı təyinatlı olduğundan, hesab edir ki, torpağın istifadəsi üzrə təyinatı pozulmamışdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X2 Xidmətinin Mingəçevir ərazi şöbəsinin baş məsləhətçisi Nümayəndə izahatında bildirdi ki, Şəxs MMC öz xüsusi mülkiyyətində olan, Ağdaş rayonunun Aşağı Nemətabad kəndində yerləşən 104,0 ha kənd təsərrüfatı təyinatlı torpaqda dənli bitki olan arpa əkmişdir. Bununla da torpaq qanunvericiliyinin tələbləri pozulmuşdur. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonunun Aşağı Nemətabad kəndi ərazisində 104,0 ha xüsusi mülkiyyətində olan örüş kateqoriyalı kənd təsərrüfatı təyinatlı torpağın bir hissəsində məqsədli təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edərək arpa əkmiş, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən arpanın əkilməsinin tarixi müəyyən edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi isə məhkəmə iclasında həmin əkinin 2020-ci ilin oktyabr və noyabr aylarında əkilməsini bildirmiş, bununla da həmin tarixdə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tərkibi yaransa da, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında protokol dərhal tərtib edilməli olduğu halda X2 Xidmətinin Mingəçevir ərazi şöbəsi tərəfindən xx xxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı halda inzibati xətanın baş verdiyi vaxt, yəni torpağın məqsədli təyinatının pozularaq arpanın əkildiyi tarix dəqiq bilinmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi isə məhkəmə iclasında həmin əkinin 2020-ci ilin oktyabr və noyabr aylarında əkildiyini bildirir. Belə olan halda isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə tərtib olunmuş protokol həmin məcəllənin 25-ci fəsilinə aid olmaqla, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aid olduğu üçün inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək inzibati tənbeh tətbiq edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar