Məhkəmə qərarları › İş №3(014)-128/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-128/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-128/2022 14.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovun iştirakı ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-2643/2017 saylı 11 dekabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Taleh Kərimovun qanuni tələblərini yerinə yetirməmiş, 3203 (üç min iki yüz üç) manat aliment borcunu X4 qərəzli olaraq ödəməmişdir. Buna görə onun barəsində 14 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-2643/2017 saylı 11 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 07 avqust 2017-ci il tarixdən başlayaraq 29 dekabr 2015-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün X3 xeyrinə hər ay 100 (yüz) manat aliment tutulması qət edildiyini, əvvəllər təyin olunmuş alimenti vaxtıvaxtında ödədiyini, lakin son illərdə alimenti ödəməkdə çətinlik çəkdiyini, ikinci dəfə ailə qurduğunu, ikinci evliliyindən 4 yaşında bir uşağının olduğunu, heç yerdə işləmədiyini, icra sənədi üzrə tələbkar X4 19.06.2021-ci il tarixdə 500 manat, 13.08.2021-ci il tarixdə 500 manat ödədiyini, 27.08.2021-ci il tarixdə qəzaya düşdüyünü, yəni idarə etdiyi avtomobilini başqa bir avtomobilin vurduğunu, nəticədə özünün xəsarət aldığını və avtomobilinə ziyan dəydiyini, bundan bir müddət sonra heç bir işlə məşğul ola bilmədiyini, hazırda maddi vəziyyətinin ağır olduğunu, ona görə də yığılmış aliment borcunu hazırda ödəyə bilmədiyini, lakin bütün bunlara baxmayaraq aliment borcunun ödənilməsindən imtina etmədiyini, özünün müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi X2 üzvü olduğunu, yaranmış aliment borcunun ödənilməsi üçün veteranlıq kartını tələbkara verməyə hazır olduğunu, aliment borcunu ödəməkdən heç də qərəzli şəkildə imtina etmədiyini, hələlik yaranmış aliment borcunu başqa cür ödəmək imkanının olmadığını, imkanı olan kimi borcunu ödəyəcəyini bildirdi. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Taleh Kərimov məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-2643/2017 saylı 11 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxx 1991-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs 07 avqust 2017-ci il tarixdən başlayaraq 29 dekabr 2015-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün X3 xeyrinə hər ay 100 (yüz) manat aliment tutulması qət edildiyini, icra sənədi üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tələbkar 3203 (üç min iki yüz üç) manat X4 manat aliment borcunun olduğunu, yaranmış aliment borcunun ödənilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş bütün tədbirləri gördüyünü, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcun ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlakının olmadığını, tələbkar X5 həmin borcun ödənilməsini tələb etdiyini, icra sənədi üzrə borcludan 3203 (üç min iki yüz üç) manat aliment borcunu ödəməsini tələb etsə də o, yaranmış aliment borcunu ödəməkdən qərəzli olaraq ödəmədiyini, buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərildiyini, Şəxs hazırda tələbkarla razılığa gəlmək istədiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirsizilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Ağdaş Rayon Məhkəməsinin 2(014)-2643/2017 saylı 11 dekabr 2017-ci il tarixli icra sənədi üzrə tələbin ödənilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin icra sənədi üzrə borclu, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs maddi vəziyyəti imkan vermədiyi üçün onun 3203 (üç min iki yüz üç) manat aliment borcu ödənilməmiş qalmışdır, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tələbin ödənilməsi ilə bağlı icra sənədi üzrə tələbkar, yəni zərərçəkmiş şəxs X5 ilə razılığa gəlməyə cəhd etdiyini, yaranmış aliment borcunun ödənilməsi üçün veteranlıq kartını tələbkara verməyə hazır olduğunu, hələlik isə yaranmış aliment borcunu başqa cür ödəmək imkanının olmadığını, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar