Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-13/2024 08.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7, Müdafiəçi - Ağdaş rayonunda fərdi fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan, Ağdaş rayonu Qumlaq kənd orta məktəbində müəllim işləyən, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 07 yanvar 2024-cü il tarixdə saat 19:20 radələrində DİN-nin 102 xidmətinə verilmiş məlumatla bağlı Ağdaş Rayon Aşağı Zeynəddin kənd ərazisinə gələn polis əməkdaşlarının iş fəaliyyətinə mane olmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 07 yanvar 2024-cü il tarixdə saat 19:20 radələrində DİN-nin 102 xidmətinə verilmiş məlumatla bağlı Ağdaş Rayon Aşağı Zeynəddin kənd ərazisinə gələn polis əməkdaşlarının iş fəaliyyətinə mane olmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 07 yanvar 2024-cü il tarixdə otlaq sahəsində heyvanlarını otararkən, Azərenerjinin işçiləri həmin sahənin yanında olan onun əkin sahəsindən keçən ərazidə elektrik enerjisi xəttlərini bərpa etməyə çalışarkən, onun məhsuluna ziyan vurduqda o, həmin əməkdaşlarla mübahisə etməyə başlamışdır. Bundan sonra Azərenerjinin hüquqşünası 102 məlumat xidmətinə zəng vurub ondan şikayət etdikdə, o, da 102 xidmətinə zəng vurub həmin əməkdaşların ona ziyan vurmaları barədə məlumat vermişdir. Bundan sonra əraziyə polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər. O, da getmiş və izahat vermişdir. Daha sonra polis əməkdaşlarına onu evinə aparmalı olduqlarını bildirmiş və polis əməkdaşları onu xidməti avtomobilləri ilə evinə aparmışlar. Evinə çatdıqda qohumları 45 ədəd xırda buynuzlu heyvanın otlaq sahəsindən geri qayıtmamasını bildirmişlər. O, otlaq sahəsinə getmədən 102 məlumat xidmətinə zəng vurub qoyunlarının oğurlandığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və onlarla birlikdə otlaq sahəsinə getmişlər, hava qaranlıq olduğundan qoyunları tapa bilməmişlər. Həmin vaxt polis əməkdaşları izahat verməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. O, da getmişdir. Daha sonra, məhkəmə iclasında suaları cavablandıran Şəxs bildirdi ki, o, özünü təqsirli bilmir, Azərenerjinin işçiləri ondan icazə almadan onun torpağına daxil ola bilməzdilər, bu səbəbdən onların işinə mane olmuşdur. O, torpaq sahəsində dirəklərin qoşulmasına icazə versə də, buna görə müqavilə bağlamamışdır. O, evinə getdikdə qoyunlarını axtarmadan, 102 məlumat xidmətinə zəng vurub heyvanlarının polisin səhlənkarlığı nəticəsində itdiyini bildirmişdir. Heyvanları axtarmaq onun vəzifəsi deyil, itibsə polis axtarıb, tapıb ona verməlidir. Onun polisin qanuni tələbinə tabe olmaması halları olmamışdır. İşinə qanuni baxılmasını məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə Azərenerjinin hüquqşünası X3 102 məlumat xidmətinə zəng vurub vətəndaş Şəxs Azərenerjinin əməkdaşları tərəfindən təmir-bərpa işlərinin həyata keçirilməsinə mane olduğunu, Xətai adlı şəxsin onu öldürməklə hədələdiyini bildirmişdir. O, əməliyyat istintaq qrupu ilə birlikdə həmin əraziyə getdikdə Şəxs ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam–intizama dəvət etsələr də vətəndaş polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbləri izah olunmuş və o, polis şöbəsinə gətirilmişdir. İzahatı alındıqdan sonra evə buraxılmışdır. Şəxs evinə çatdıqda 102 məlumat xidmətinə zəng vurub, polisin səhlənkarlığı nəticəsində onun 45 ədəd xırda buynuzlu heyvanının oğurlandığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəxs evinə getmiş, Şəxs evinin qarşısında səs-küy salaraq polis əməkdaşlarını məsxərəyə qoymağa başlamış, onlar vətəndaşla birlikdə otlaq sahəsinə getmişlər. Hava qaranlıq olduğundan qoyunları tapa bilməmişlər. Həmin vaxt polis əməkdaşları izahat verməsi üçün vətəndaşı polis şöbəsinə dəvət etmişlər, vətəndaş ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etsələr də vətəndaş polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbləri izah olunmuş və o, polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında sualları cavablandıran şahid Qoşqar Bəkirov bildirdi ki, Şəxs heyvanları sonuncu polis şöbəsinə gətirildikdən 2-3 saat sonra evinə gəlmişdir, Şəxs heyvanlarını axtarmadan polisi ləkələmək məqsədi ilə 102 məlumat xidmətinə zəng vurmuş, onlar hadisə yerinə getdikdə isə onlara “zəhmət çəkin qoyunlarımı tapıb verin” kimi ifadələr işlətmişdir. Ümumiyyətlə Şəxs barəsində bir neçə dəfə inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs barəsində 15 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə, 14 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, 23 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokollar tərtib olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş qohumluq məlumatları arayışından görünür ki, Şəxs himayəsində 01 yanvar 2008-ci il tarixdə doğulmuş X4, 15 yanvar 2009cu il tarixdə doğulmuş X5 və 01 mart 2010-cu il tarixdə doğulmuş X6 adlı üç yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan portaldan çıxarılmış məlumatdan görünür ki, Şəxs İİ qrup əlildir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması və özünün İİ qrup əlil olması məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb, eləcə də Şəxs İİ qrup əlil olmaqla ona inzibati həbs tənbehinin təyin edilməsinin qeyri-mümkün olduğunu qeyd edərək, hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2024-cü ildə saat 19:40-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla ona 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-13/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-13/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver