Məhkəmə qərarları › İş №3(014)-130/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-130/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-130/2022 14.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Ağdaş rayonu Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1294/2015 saylı 21 oktyabr 2015-ci il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən cavabdeh Şəxs 950 manat dəyərində armatur, armatur olmadığı təqdirdə onların dəyəri olan 950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1314/2016 saylı 23 avqust 2016-cı il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən cavabdeh Şəxs 12246 manat pulun alınaraq iddiaçı X2 xeyrinə verilməsi qət edilmiş, lakin Şəxs borcunu ödəmədiyindən Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən onun barəsində 14 mart 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1294/2015 saylı 21 oktyabr 2015-ci il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən cavabdeh Şəxs 950 manat dəyərində armatur, armatur olmadığı təqdirdə onların dəyəri olan 950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1314/2016 saylı 23 avqust 2016-cı il tarixli icra vərəqəsi və qətnaməsinə əsasən cavabdeh Şəxs 12246 manat pulun alınaraq iddiaçı X2 xeyrinə verilməsi barədə icra vərəqəsi icraatına daxil olmuşdur. Şəxs qətnaməni icra etməsini tələb etsə də, imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, məhkəmə qətnamələri ilə razı olmadığını, buna görə də, barəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1294/2015 saylı 21 oktyabr 2015-ci il tarixli və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1314/2016 saylı 23 avqust 2016-cı il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkarlara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 14 mart 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar