Məhkəmə qərarları › İş №3(014)-130/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-130/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-130/2025 11.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis X2 Bölməsinin sahə rəisi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş şəhəri, X16 küçəsi 18 ünvanında yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsini inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 09 fevral 2025-ci il tarixdə saat təxminən 01 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs həyətinə daxil olmaqla ümumilikdə 94 manat dəyərində 02 ədəd hindquşu və 02 ədəd toyuq oğurlayaraq özgənin əmlakını talamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 10 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 09 fevral 2025-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs həyətinə qanunsuz daxil olmaqla 02 ədəd hindquşu və 02 ədəd toyuq oğurlamış və Zərərçəkmiş şəxs 94 manat məbləğində ziyan vurmuşdur. Zərərçəkmiş şəxs şikayəti əsasında X10 Bölməsində araşdırma aparılımış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edildiyindən qərarın icra edilməsi Ağdaş Rayon Polis X2 bölməsinə həvalə edilmişdir. Daha sonra Şəxs barəsində 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Həbibxan Süleymanovla eyni küçədə yaşayır və tanışlıqları da oradan yaranmışdır. 08 fevral 2025-ci il tarixdə saat təxminən 18 radələrində Həbibxanla söhbət edən zaman Həbibxan ona Zərərçəkmiş şəxs həyətindən oğurluq etdiyini bildirmişdir. Həmin gün saat 8-9 radələrində o, Zərərçəkmiş şəxs həyətindən oğurluq etmək üçün həyətə baxış keçirmiş və həmin vaxt yanında heç kəs olmamışdır. Hasarın qurtaracağında həyətyanı sahəyə keçmək üçün kol olmuşdur. Daha sonra o, yaşadığı evdən 02 ədəd torba götürmüş, 09 fevral 2025-ci il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olmuş və 01 ədəd toyuq, 02 ədəd hindquşu oğurlamışdır. Tutduğu ev quşları səs etdiyi üçün onları buraxmış və yenidən həyətə daxil olmuşdur. Həmin vaxt 2 ədəd hindquşu və 2 ədəd toyuq götürüb çıxmışdır. Bundan sonra küçədə polis əməkdaşları onu saxlamışlar. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirdi ki, o, Həbibxan Süleymanovla oğurlağa getməmiş, özü tək getmişdir. Oğurluq etməsi üçün Həbibxan ona istiqamət verməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. İş materiallarında olan məsul növbətçi Elşən Şirinovun 09 fevral 2025-ci il tarixli raportundan görünür ki, 09 fevral 2025-ci il tarixdə saat 01:16-da Ağdaş rayonu Maşad kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 XZM-nə zəng edərək həyətindən (3 ədəd hindquşu və 8 ədəd toyuq) oğurlanmasını bildirib, ünvana polisin gəlməsi barədə məlumat vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 09 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, 09 fevral 2025-ci il tarixdə atası X9 məxsus fərdiyaşayış evinin həyətyanı sahəsində yerləşən hindən iki erkək, bir dişi hindquşu, 8 ədəd toyuq naməlum şəxslər tərəfindən oğurlanmışdır. İş materiallarında olan baş əməliyyat müvəkkili Ramin Bəkirovun müstəntiq Davud Şıxməmmədova ünvanladığı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Şəxs və X4 oğurluq edən zaman bir-biri ilə, eləcə də başqa şəxslərlə əlbir olmamış, hər ikisi tək oğurluq etmişlər. İş materiallarında olan "xxxx" MMC-nin mktubundan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinin 33/3-xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli sorğusuna -cavab olaraq bildiririk ki, Ağdaş rayonunda xx.xx.2025-ci il tarixinə 02 ədəd erkək cins, bir illik, diri çəkisi 06 kq və 5.7 kq hind quşunun, 01 ədəd dişi cinsli, iki illik, diri çəkisi 5 kq hind quşunun, 02 ədəd bir illik, diri çəkisi 02 kq xoruzun, 06 ədəd dişi cinsli, bir illik diri çəkisi 02 kq olan toyuğun orta bazar qiyməti: 02 ədəd erkək cins, bir illik, diri çəkisi 06 kq və 5.70 kq hind quşunun hər birinin orta bazar qiyməti 44 (qırx dörd) manat və 42 (qırx iki) olmaqla ümumi 86 (səksən altı) manat dəyərində; 01 ədəd dişi cinsli, iki illik, diri çəkisi 5 kq hind quşunun orta bazar qiyməti 36 (otuz altı) manat dəyərində; 02 ədəd bir illik, diri çəkisi 02 kq xoruzun hər birinin orta bazar qiyməti 10 (on) manat olmaqla ümumi 20 (iyirmi) manat dəyərində; 06 ədəd dişi cinsli, bir illik, diri çəkisi 02 kq olan toyuğun hər birinin orta bazar qiyməti 8 (səkkiz) manat olmaqla ümumi 48 (qırx səkkiz} manat dəyərində olmuşdur. İş materiallarında olan Ağdaş rayon X10 Bölməsinin müstəntiqi X5 27 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işinin başlanmasının rədd edilməsi, onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə qərarın surətinin Ağdaş Rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 tərəfindən 28 fevral 2025-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardadın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti Ağdaş Rayon Polis X2 Bölməsinə göndərilmiş və 28 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, Şəxs barəsində 10 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 11 fevral 2025-ci il tarixdə 227-ci, 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, 24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə protokollar tərtib edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətanı barəsində olan inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, bir il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində dörd dəfə protokol tərtib olunduğunu nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs əvvəli 10 mart 2025-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar