Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-131/2024 19.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxx 1983-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16 mart 2024-cü il tarixdə təxminən saat 11:40 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi VAZ 21099 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri, SU 18 küçəsindən H.Əliyev prospektinə doğru hərəkətə başlayarkən soldan gələn VAZ 2109 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuş, toqquşmadan sonra VAZ 2109 markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Su 18 küçəsinə dönmək üçün gözləyən VAZ 2115 markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 16 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun sürücülük vəsiqəsi vardır və uzun illərdir həmin sürücülük vəsiqəsindən istifadə edir. Sürücülük vəsiqəsinin dəyişdirilməsini zəruri bilmədiynindən dəyişməmişdir. Bilsə idi, özünə yenidən sürücülük vəsiqəsi alardı. 16 mart 2024-cü il tarixdə Ağdaş şəhəri, Su 18 küçəsindən H.Əliyev proskpetinə doğru hərəkətdə olarkən soldan gələn VAZ 2109 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili görmədiyindən həmin avtomobil ilə toqquşmuş, bundan sonra həmin maşın Ağdaş şəhəri, Su 18 küçəsində hərəktədə olan VAZ 2115 markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuş və özü heç bir xəsarət almamışdır. Eyni zamanda həmin vaxt nə o, nə də digər zərərçəkmiş şəxslər spirtli içkinin təsiri altında olmamışlar. Avtomobil idarə edərkən yol hərəkət qaydalarını pozmuş və əməlindən peşmandır. Buna görə də barəsində həbslə əlaqəli olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, 16 mart 2024-cü il tarixdə etibarnamə ilə istifadəsində olan VAZ 2109 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Ləki istiqamətinə doğru hərəkətdə olarkən Ağdaş şəhəri, Su 18 küçəsindən VAZ 21099 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü onun avtomobilini gözləmədən onun yoluna çıxmış və avtomillər toqquşmuşdur. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil Su 18 küçəsinə dönmək üçün gözləyən VAZ 2115 markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı avtomildə tək olmuş və heç bir xəsarət almamış, həmçinin hadisə zamanı spirtli içki də qəbul etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə ərizə ilə müraciət edərək hazırda Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, 16 mart 2024-cü il tarixdə özünə məxsus VAZ 2115 markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Qəbələ yolu istiqamətinə doğru hərəkətdə olarkən sola dönmə siqnalını yandıraraq Su 18 küçəsinə dönmək üçün hərəkətini dayandırıraq qarşıdan gələn VAZ 2109 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil keçdikdən sonra dönmə əməliyyatını etmək üçün gözləmişdir. Bu zaman Su 18 küçəsindən hərəkətə başlayan VAZ 21099 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü VAZ 2109 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomillə toqquşmuş və VAZ 2109 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə ərizə ilə müraciət edərək hazırda Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 protokolun məzmununa uyğun izahat verərək müvafiq qanuna uyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 19 mart 2024cü il tarixli arayışdan görünür ki, ünvan 1ində yaşayan vətəndaş Şəxs adına sürücülk vəsiqəsinin olub-olmaması Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat sistemində yoxlanılarkən Şəxs adında sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 16 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxslərin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-131/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-131/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver