Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-132/2023 28.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu Topbağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, Qəbələ rayonu Topbağ kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 28 fevral 2023-cü il tarixdə saat 17:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 Ramiz Bəhərçin oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş ondan ötrü ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 Ramiz Bəhərçin oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş ondan ötrü ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Şəxs 22 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs tərəfindən daxil olmuş müraciət əsasında Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədov tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis baş leytenantı Ruhid Yaqublu tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən araşdırılma aparılmış, bundan sonra iş üzrə inzibati xəta hadisəsi olduğundan Şəxs barəsində Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs ilə inzibati həbs olunub Ağdaş rayon Polis şöbəsini müvəqqəti saxlama yerində saxlanılan zaman tanış olduğunu, Samirdən pul almadığını, buna görə də onun barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yaşadığını, Şəxs tərəfindən ona qarşı dələduzluq edilərək 1000 manat pulunu aldadaraq aldığını, bundan başqa Ramizin dediyinə əsasən müxtəlif yerlərə getdiyini və buna görə də əlavə olaraq 500 manat xərci çıxdığını, həmin ziyanlıq ödənilmədiyini, ondan şikayətçi olduğunu buna görə də ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədovun 16 fevral 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Şəxs 22 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təhqiqatçı tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN1722217 nömrəli protokoldan görünür ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN1722218 nömrəli protokoldan görünür ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində Zərərçəkmiş şəxs aldadaraq 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Zərərçəkmiş şəxsda pul almamağı ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli zərərçəkmiş şəxsin və şahidlərin izahatları, iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, həmçinin işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-132/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-132/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver