Məhkəmə qərarları › İş №3(014)-133/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-133/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-133/2025 12.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X10, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Cardam kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 11 mart 2025-ci il tarixdə saat 16:30 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində ucadan danışıb səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X15 məhkəmə iclasında izahatında göstərdi ki, 11 mart 2025-ci il tarixdə saat 16:30 radələrində Post Patrul Xidməti Bölüyünün polis nəfərləri İzzət Məmmədov və Cəsarət Əhmədov ilə Ağdaş şəhər, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə mobil telefonla danışaraq söyüşlər işlətməsini, kənarda olan şəxslərin narahat olmasını görüb həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək uca səslə mobil telefonla danışaraq söyüş söyməyə başlamışdır. Onlar həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmiş və rayon Polis Şöbəsinə getməyəcəyini söyləyib müqavimət göstərməyə başlamışdır. Buna görə də yaxınlıqda olan Post Patrul Xidməti Bölüyünün xidmət aparan polis nəfərləri Yusif Rəhimov və Elçin Cəfərovu köməyə çağırmışlar. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı fiziki qüvvə işlətdiyinə görə tərəflərindən həmin şəxs gətirilərək rayon X11 Hissəsinə təhvil verilmişdir. Rayon X11 Hissəsində həmin şəxsin Ağdaş rayonu, Cardam kəndində yaşayan Şəxs olması məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 11 mart 2025-ci il tarixdə saat təxminən 16 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində yüksək səslə telefonla danışaraq Ləki qəsəbəsi istiqamətində hərəkət edirdi. Həmçinin yüksək səslə danışmaqla yanaşı nalayiq ifadələr, yəni söyüşlərdə söyürdü. Həmin vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq yüksək səslə danışmamasını və söyüş söyməməsini tələb etmişlər. O, həmin şəxslərin polis əməkdaşı olmasını özlərini təqdim etdikdən sonra bilmişdir. O, həmin şəxslərə telefonla danışdığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər. Bəylə Əliyev verilən sualları cavablandıraraq bildirdi ki, hadisə işıq idarəsinə yaxın ərazidə baş vermişdir və həmin vaxt ətrafda insanlar var idi. O, əvvəl ona yaxınlaşan şəxslərin polis əməkdaşalrı olmasına şübhə etmiş və əsəbi olduğundan özündən çıxmışdır. Daha sonra əlavə iki nəfər də polis əməkdaşları gəlmişdir. Əməlindən peşmandır. X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, 11 mart 2025-ci il tarixdə saat 16:30 radələrində Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Cəsarət Əhmədov ilə Ağdaş şəhər, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər əvvəllər tanımadıqları şəxsin uca səslə mobil telefonla danışaraq söyüşlər işlətməsini, kənarda olan şəxslərin narahat olmasını görüb həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək uca səslə mobil telefonla danışaraq söyüş söyməyə başlamışdır. Onlar həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmiş və rayon Polis Şöbəsinə getməyəcəyini söyləyib müqavimət göstərməyə başlamışdır. Buna görə də yaxınlıqda olan Post Patrul Xidməti Bölüyünün xidmət aparan polis nəfərləri, polis serjantı Yusif Rəhimov və polis baş serjantı Elçin Cəfərovu köməyə çağırmışlar. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı fiziki qüvvə işlətdiyinə görə tərəflərindən həmin şəxs gətirilərək rayon X11 Hissəsinə təhvil verilmişdir. X1 məhkəmə iclasında digər X4nun izahatına oxşar izahat verdi. X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, 11 mart 2025-ci il tarixdə saat 16:30 radələrində Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı X17 şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı İzzət Məmmədov onlarla əlaqə saxlayaraq bir nəfər şəxsin onların qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərdiyini bilmiş, onlar da həmin yerə yaxınlaşdıqda həmin şəxs polis əməkdaşlarına Polis Şöbəsinə getməyəcəyini bildirib onlara müqavimət göstərmişdir. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı fiziki qüvvə işlətdiyinə görə həmin şəxsi gətirərək rayon X11 Hissəsinə təhvil vermişlər. X6 məhkəmə iclasında digər X5nun izahatına oxşar izahat verdi. İş materiallarında olan 11 mart 2025-ci il tarixdə Ağdaş rayon X20 Patrul Xidməti Bölüyünün polis nəfəri İzzət Məmmədov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, 11 mart 2025-ci il tarixdə saat 16:30 radələrində Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Cəsarət Əhmədov ilə Ağdaş şəhər, H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər əvvəllər tanımadıqları şəxsin uca səslə mobil telefonla danışaraq söyüşlər işlətməsini, kənarda olan şəxslərin narahat olmasını görüb həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək uca səslə mobil telefonla danışaraq söyüş söyməyə başlamışdır. Onlar həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün rayon Polis Şöbəsinə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmiş və rayon Polis Şöbəsinə getməyəcəyini söyləyib müqavimət göstərməyə başlamışdır. Buna görə də yaxınlıqda olan Post Patrul Xidməti Bölüyünün xidmət aparan polis nəfərləri, polis serjantı Yusif Rəhimov və polis baş serjantı Elçin Cəfərovu köməyə çağırmışlar. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı fiziki qüvvə işlətdiyinə görə tərəflərindən həmin şəxs gətirilərək rayon X11 Hissəsinə təhvil verilmişdir. Rayon X11 Hissəsində həmin şəxsin Ağdaş rayon Cardam kəndində yaşayan xx.xx.1966-cı il təvəllüdlü Şəxs olması məlum olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon X11 hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanasının müayinə sənədindən görünür ki, müayinə sahəsinə daxil olan hər iki maksillar sinusda -18 mm ölçüdə retension kistlər izlənilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 11 mart 2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 1 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar