Məhkəmə qərarları › İş №3(014)-134/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-134/2020

02.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-134/2020 02.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi idarəsinin «inzibati tənbeh vermə haqqında» xx xxxx 2020-ci il tarixli, 046916 №-li qərarından «xxxxx» MMC-nin direktoru Nümayəndə şikayətinə və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsinin «inzibati tənbeh vermə haqqında» xx xxxx 2020-ci il tarixli, 046916 №-li qərarı ilə «xxxxx» MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. «xxxxx» MMC-nin direktoru Nümayəndə Ağdaş Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsi inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli 046916 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin ******* saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Nümayəndə vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati orqanın vəzifəli şəxs olaraq Nümayəndə cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir.Belə ki, inzibati orqanda araşdırma aparılarkən ilkin araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı məsələləri barəsində şikayət etdiyimiz qərarı qəbul edən orqanın rəhbərinin diqqətinə çatdırdıq. Həmin inzibati orqana təqdim olunan cavab məktubunda da bildirdiyimiz kimi vətəndaş X11 xx xxxxxx 2016-cı il tarixindən əmək müqaviləsi xitam verilən xx xxxxxx 2020-ci il tarixinədək Nümayəndə rəhbərlik etdiyi “xxxxx” MMC-də sürücü-ekspeditor vəzifəsində işləmişdir. Əlbəttə 4 ilə yaxın bir müddətdə bir müəssəsidə işləyən bir işçinin əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi və daha sonra işçinin Dövlət Əmək Müfəttişliyinə şikayət etməsi sual yaratmaya bilməzdi. Əvvəla bildirmək istəyirik ki, adı çəkilən müəssisəyə rəhbərlik etdiyim 2018-ci ilin dekabr ayından sürücüekspeditorlar tərəfindən yol verilən kobud qanun pozuntuları və bəzi mənimsəmə hallarına qarşı görülən əks tədbirlər bir çox sürücü-ekspeditorun, o cümlədən adı qeyd olunan şəxsin - yəni X7 qane etməməyə başlamışdı. O səbəbdən 2018-ci ilin dekabr ayından halhazırdakı dövrə qədər bir çox əməkdaş “öz xahişi” ilə ərizəsini yazıb işdən ayrılmağa məcbur olmuşdur. Bu qanun pozuntularının aradan qaldırmaq məqsədilə tərəfimizdən aparılan islahatlar bu şəxslərin xoşuna gəlmədiyi üçün və o cümlədən X11 hər vəchlə müəssisənin iş ahəngini axsatmağa çalışırdılar. X8 təhkim edilmiş **-AC-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi inzibati xətalara görə də Cəmiyyət barəsində inzibati protokollar tərtib edilmiş və bunun nəticəsində dəymiş olan zərərin məbləği hal-hazırdakı dövrə qədər 1.026 AZN (bir min iyirmi altı) manat təşkil etməkdədir. Bununla bağlı tərtib edilmiş aktı özü imzalamış, zərərin dəyməsi ilə bağlı tərtib edilmiş aktla tanış olduğunu öz imzası ilə təsdiq etmişdir, (həmin aktın surəti şikayətə əlavə olunur).Cəmiyyətlə X11 arasında olan əmək müqaviləsinə xitam verildiyi zaman aparılan daxili araşdırma zamanı məlum olmuşdur ki, sifariş olunmuş 552.80 AZN (beş yüz əlli iki manat 80 qəpik) manatlıq məhsul icazəsiz və mümkün vasitələrin heç biri ilə məlumat vermədən 21 yanvar və 22 yanvar tarixlərində işə gəlmədiyinə görə satışa yararsız vəziyyətə düşmüş və nəticədə şirkətə yuxarıda qeyd olunmuş məbləğdə zərər dəymişdir. Belə ki, əvvəlcədən bütün məhsulların satış məntəqələrinə çatdırılması ilə bağlı plan-qrafık tərtib edildiyi və sürücü ekspeditorlar həmin ərazilərə təhkim edildiyi üçün satış məntəqələrinə çatdırmalı olduğumuz məhsulları göndərmək mümkün olmamışdır. Bununla bağlı ona dəfələrcə şifahi və yazılı qaydada müraciət edilmiş, o cümlədən telefonla Cəmiyyətə gələrək lazımi izahat verilməsi istənilsə də, bu günə qədər bununla bağlı tərəfindən heç bir tədbir görülməmişdir. (Yazılı müraciətin surəti şikayətə əlavə edilir). Vətəndaş X11 bir neçə gün (21 və 22 yanvar tarixləri) işə gəlmədiyi, bununla bağlı heç kimə məlumat vermədiyi və bütün bunlar nəticəsində intizam tənbehi verilməsi üçün lazımi əsaslar formalaşdığı halda Cəmiyyətin rəhbərliyi humanizm göstərərək işçinin intizam tənbehi verilərək işdən azad olmasını istəməmişdir. Halbuki işçinin hərəkətləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi və 72-ci maddəsinin a) bəndinin tələbləri buna imkan verməkdəydi. Ancaq rəhbərlik olaraq biz bu addımı atmayaraq öz xahişi ilə işdən ayrılan X4 dəymiş olan zərərin ödənilməsi üçün tədbirlər görməyini istədik, o isə bütün bunların əvəzində Cəmiyyət barəsində inzibati orqanlara şikayət edərək ona son haqqhesabın ödənilmədiyini bildirdi. Biz bu xüsusatları AR ƏƏSMN Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun diqqətinə çatdırsaq da, onun tərəfindən bizim qeyd etdiyimiz məqamlara məhəl qoyulmadı, hər bir halda vəzifəli şəxs qismində Nümayəndə AR İXM-nin 192.4-cü maddəsinin tələblərinə əsasən cərimələnəcəyini bildirdi. Yəni “sən müəssisə olaraq nə qədər əsaslı şikayət edirsən et, əgər işçinin son haqqhesabı ödənilməyibsə, hər bir halda müəssisə olaraq sənə ziyan dəysə belə, işçi haqlı, sən haqsızsan, ” prinsipi ilə hərəkət edilərək inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Bunun nəticəsində qeyd edilənləri rəhbər tutaraq vəzifəli şəxs qismində Nümayəndə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 800 (səkkiz yüz) manat cərimə olunmuşdur.Həmçinin inzibati araşdırma zamanı tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12, 13 və 14-cü maddələrinin tələblərinə toxunulmuş, bu maddələrin tələblərinin birgə qiymətləndirilməsi nəticəsində Cəmiyyət tərəfindən vətəndaş X6 əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı bir inzibati xətanın törədilmədiyi inzibati orqanın diqqətinə çatdırılmışdır. Belə ki, inzibati xəta törədilən zaman həmin xətanı törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya hüquqi şəxsin həmin xətaya münasibətdə subyektiv cəhəti fomalaşmış olmalıdır. Yəni fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs həmin xətanı qəsdən və ya ehtiyatsızlıqla törətmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.Həmin Məcəllənin 14-cü maddəsinin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Qeyd olunan normativ aktların tələblərindən də göründüyü kimi inzibati xəta hüquqa zidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməllər hesab olunmaqdadır. Yəni qanunvericiliyin tövsifındən də anlaşıldığı kimi inzibati xəta hesab olunan əməli (hərəkət və ya hərəkətsizliyi) törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya vəzifəli şəxsin həmin əməlin hüquqa zidd xarakterini əvvəlcədən dərk etmiş olması, onun zərərli nəticələrini qabaqcadan görüb bunları arzu etməsi, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş olması və ya törədilmiş əməlin nəticələrinin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması, görməli olduğu halda onları görməməsi həmin əməlin inzibati xəta kimi qiymətləndirilməsi üçün əsas təşkil etməkdədir. Ancaq yuxarıda da qeyd edildiyi kimi əvvəllər Cəmiyyətin işçisi olmuş X11 əmək müqaviləsinin davam etdiyi müddətdə ona təhkim olunmuş avtomobillə əmək funksiyalarını icrası zamanı qəsdən inzibati xətalar törətməklə Cəmiyyətin adma inzibati cərimələrin yazılmasına yol açmış, Cəmiyyətin rəhbərliyi tərəfindən onun yol veriyi bu halların aradan qaldırılması məqsədi ilə dəfələrcə etdiyi xəbərdarlıqlara məhəl qoymamış, əvvəlcədən inzibati orqana ünvanlanmış ərizələrdən və araşdırma vaxtı deyilənlərdən də məlum olduğu kimi Cəmiyyətin 552,80 (beş yüz əlli iki manat 80 qəpik) manat maddi zərərə məruz qalmasına səbəbiyyət vermişdir. Yəni Cəmiyyətin rəhbərliyi tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən vurulan maddi ziyan rəhbər tutularaq son haqq-hesabın ödənilməsi həyata keçirilməmişdir. Ancaq istər şikayət ərizəsi ilə bağlı Dövlət Əmək Müfəttişliyində olarkən, istərsə də inzibati araşdırma zamanı sanki bu son haqq-hesab ödənişinin aparılmaması Cəmiyyət tərəfindən kobud qanun pozuntusu kimi qiymətləndirilmişdir. Həmçinin bildirmək istəyirik ki, yuxarıda qeyd edilən maddələrin tələblərindən və sadalanan faktlardan da göründüyü kimi əməlin inzibati xəta olmasını yaradacaq hər hansı bir məqam yoxdur. Belə ki, ən azından Cəmiyyət tərəfindən işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməməsi, Cəmiyyətin və ya vəzifəli şəxsi kimi qəbul edilən Nümayəndə əməlində qəsdən və ya ehtiyatsızlığa yol verilərək törədilmiş inzibati xəta kimi tövsif edilə bilməz. Yəni, işçinin müəssisəyə vurduğu ziyana görə (həmin ziyanların nədən ibarət olduğu yuxarıda sadalanmışdır) ona son haqqhesabın ödənilməməsi Cəmiyyətin rəhbərliyinin və ya vəzifəli şəxsin Cəmiyyətə dəyən ziyanın bu ziyanı vuran işçiyə onu ödətdirməyi təmin etməkdən ibarətdir. Bütün bu məqamlar nəzərə alınmaqla Cəmiyyət tərəfindən həmin ziyanın ödənişinin təmin edilməsi məqsədi ilə son haqq hesabın ödənişi aparılmamışdır. Və bu qeyd edilənlərdən də göründüyü kimi vəzifəli şəxsin hərəkətində hər hansı bir inzibati xəta və bu inzibati xətanın hər hansı bir qəsd vəya ehtiyatsızlıqla törədilməsi müəyyən edilməməkdədir. Qeyd edilən maddələrin tələblərinə və yuxarıda qeyd edilən faktlara kompleks yanaşıldığında görülməkdədir ki, işçi X11 özünün müəssisə ilə imzaladığı xx xxxxxx 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən müəssisəyə vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Ancaq qabaqlayıcı tədbir kimi dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etməklə müəssisə tərəfindən özünün əmək hüquqlarının pozulduğunu bildirməkdədir. Ancaq təəssüf doğuran bir haldır ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində bu məqamları sadaladığımız halda sahibkar olaraq Cəmiyyətin rəhbərliyi tərəfindən qeyd edilən məqamlar dinlənilmədi. Çox maraqlı haldır ki, işçi şikayət etdiyi halda Əmək Müfəttşiliyi Xidməti dərhal onun hüquqların qorumaqda, sahibkar tərəfindən məsələ ilə bağlı təfsilatlı açıqlama verildiyində Müfəttişlik tərəfindən bu məqamlar nəzərə almamaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasında gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsi etibarnamə əsasında nümayəndəsi X1 şikayətin dəlilləri ilə razılaşmayaraq təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayətin dəlillərini, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında qərardan şikayət qismən təmin edilməklə, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsi «inzibati tənbeh vermə haqqında» xx xxxx 2020-ci il tarixli, 046916 №-li qərarı ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. «xxxxx» MMC-nin direktorunun şikayəti ilə əlaqədar ilk olaraq aşağıdakıların qeyd olunmasını zəruri bilirəm: Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (AR İXM 128.2.3); səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə(AR İXM 129.1.3.) Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. (AR İXM130.1.) Hazırki iş üzrə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsi xx xxxx 2020-ci il tarixli qərardan xx xxxx 2020-ci il tarixdə şikayət verməklə, İXM-in 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddətləri buraxmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “xxxxx” MMC-nin direktoru Nümayəndə Mirhəsən oğlu barəsində vətəndaş X6 əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbi pozularaq ona sonuncu iş günü son haqq-hesab ödənilməməsi ilə əlaqədar olaraq AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli MN ******* saylı qərardan da görüür ki, X2 AR İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “xxxxx” MMC tərəfindən təsdiq edilən xx xxxxxx 2020-ci il tarixli AKT-dan görünür ki, X6 təqsirli hərəkətləri nəticəsində şirkətə 552.80 AZN məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan “xxxxx” MMC tərəfindən təsdiq edilən xx xxxxxxx 2019-cu il tarixli AKT-dan görünür ki, “xxxxx” MMC-də sürücü-ekspeditor vəzifəsində işləyən X11 mart-oktyabr ayları dövründə idarə etdiyi “Peguet” markalı **-AC-*** və **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilləri BNA-a tərəfindən 1026 manat məbləğində cərimələnmişdir. Həmin cərimələr X11 tərəfindən ödənilməlidir. Şikayətin mahiyyətinə hüquqi qiymət verərək aşağıdakıların qeyd olunmasını zəruri bilirəm: Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzfəli şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 199-cu maddəsinin tələblərinə görə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205.1-ci maddəsinin tələblərinə görə də işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. AR İXM 134.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; «xxxxx» MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması son haqq – hesabın ödənilməmədi müəyyən edilsə də, onun ödənilməməsinə səbəb olan əsaslar araşdırılmamış, son haqq-hesabın müəssisəyə vurulan ziyanla bağlı ödənilməməsi aydınlaşdırılmamışdır. Belə olan halda hesab edirəm ki, «xxxxx» MMC-nin Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsi xx xxxx 2020-ci il tarixli qərarından şikayəti əsaslı olmaqla qismən təmin edilməli, göstərilən qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Bundan əlavə inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilsə də, inzibati xəta haqqında işə baxmanın vaxtı və yeri barədə şikayət vermiş şəxsə rəsmi qaydada məlumat verilməmiş, bununla bağlı lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. «xxxxx» MMC-nin şikayətinə baxılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən barəsində icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin müəyyən olunmuşdur ki, «xxxxx» MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, həmin şirkətə yoxlamanın vaxtı və yeri, müvafiq sənədlərin təqdim edilməsi barədə xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktub göndərilməsi qeyd edilsə də, həmin məktubların rəsmi qayda verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da, barəsində araşdırma aparılan vəzfəli şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Bundan əlavə, inzibati xəta haqqında qərar qəbul edilərkən də, «xxxxx» MMC-nin rəhbərinin araşdırmada iştirakı təmin edilməmiş, materiallara baxılması ilə əlaqədar iclasın vaxtı və yeri barədə bildiriş göndərilməmiş, həmin bildirişlər göndərilsə də, onların rəsmi qaydada verilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3, 133, 134-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:

1. «xxxxx» MMC-nin direktoru Nümayəndə şikayəti qismən təmin edilsin.

2. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər ərazi idarəsi «İnzibati tənbeh vermə haqqında» xx xxxx 2020-ci il tarixli, 046916 №-li qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılsın.

4. Qərardan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar