Məhkəmə qərarları › İş №3(014)-134/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-134/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-134/2021 31.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iclas katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin xx.xx.2021ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin baş məsləhətçisi Nümayəndə2 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN seriyalı, MN № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizası aparılmadan satışı və istehsalı müəyyən edildiyindən X1 Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək ona 200 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bərdə regional bölməsinin əməkdaşları işlədiyi mağazaya gələrək, satılan iribuynuzlu heyvan ətinin baytarlıq ekspertizası aparılmadan satıldığını irad tutaraq heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışı qanun pozuntusu olmasını bildirərək, bu barədə protokol tərtib etmişlər. X3 onlara qanun pozuntusu etmədiyini, heyvanın qanuna uyğun olaraq kəsilmə məntəqəsində kəsilərək baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparıldıqdan sonra satış yeri olan Ağdaş şəhəri “Kolxoz bazarı”nda yerləşən mağazaya satmaq üçün gətirdiyini bildirmişdir. Cavabdeh orqanın əməkdaşları onun səmimiyyətinə inandıqlarını, protokol tərtib etsələr də bu barədə bölmə rəisinə məruzə edəcəklərini söylədilər. Ona görə də onlara inanaraq tərtib edilmiş protokola imza etmişdir. Lakin sonradan, yəni barəsində çıxarılmış inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN № ******* saylı qərarı alandan sonra ona məlum olmuşdur ki, Azərbaycan Respublikası İXM-in 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu günədək kəsdiyi bütün iribuynuzlu heyvanları kəsilmə məntəqəsində kəsmiş və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparıldıqdan sonra satış yeri olan Ağdaş şəhəri “Kolxoz bazarı”nda yerləşən mağazaya satmaq üçün gətirmişdir. O, baytarlıq-sanitariya hallarına diqqətlə yanaşdığını bildirmişdir. X6 iribuynuzlu heyvanları kəsilmə məntəqəsində kəsməyini və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparıldıqdan sonra satış yeri olan Ağdaş şəhəri “Kolxoz bazarı”nda yerləşən mağazaya satmaq üçün gətirdiyini bildirmişdir. X1 xəta haqqında protokola baxılarkən obyektiv araşdırılmadığını, hüquqi qiymət verilmədiyini və həmin qərarı qanunsuz hesab etdiyini bildirmişdir. Ailəsində ondan başqa ailə üzvlərindən işləyən yoxdur. Ailəsinin yeganə maddi təminat mənbəyi onun göstərdiyi fəaliyyət nəticəsində əldə etdiyi qazancdır, inzibati qərarda göstərilən 200 manat məbləğində cəriməni ödəməyə maddi vəziyyəti imkan vermir. X6 hesab edir ki haqqında ədalətsiz qərar qəbul edilmiş və həmin qərar dəyişdirilərək daha yüngül inzibati tənbeh növü ilə əvəz edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tamamilə əsaslı olmuşdur. Bu faktı həmin tarixli, E.Abdullayevin özünün də imzaladığı akt da təsdiq edir. Qeyd olunan inzibati xəta haqqında protokol əsasında xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da E.Abdullayevə təqsirli bilindiyi maddənin sanksiyasına uyğun ən yüngül inzibati tənbeh tətbiq edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə2 da qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X4 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Bundan başqa, X6 şikayətində ona daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etsə də, onun təqsirli bilindiyi maddənin sanksiyasında daha yüngül inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin xx.xx.2021ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar