Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-134/2022 16.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 20.01.2022-ci il tarixdə, saat 12:10 radələrində Ağdaş rayonunun Maşad küçəsində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 09 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 16.03.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, Zərərçəkmiş şəxs şifahi olaraq tanıyır. Onunla ədavəti və düşmən münasibəti yoxdur. X9 2021-ci ilin yanvar ayının axırlarında Zərərçəkmiş şəxs 3300 (üç min üç yüz) manat pul almışdır. X6 pul aldığını sonradan bilmişdir. Həmin vaxtdan sonra da X9 onun yaşadığı evə gəlməmiş və harada olduğundan məlumatı yoxdur. Həmin vaxtlardan sonra Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə gələrək oğlu Bayrama vermiş olduğu pulu istəyir. Özü də hər dəfə Rəna adlı şəxsə “sən pulu kimə vermisənsə, ondan da pulunu al” demişdir. 20.01.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evin həyətinin dəmir darvazasının döyülməsini eşitmiş və küçəyə çıxan zaman onu çağıranın Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Rəna onu görən kimi, qışqıraraq oğluna vermiş olduğu 3300 manat pulu “mən sənin qapına nə vaxta kimi gəlməliyəm” deyərək istəmişdir. Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə keçmək istəyən zaman Rənanın sinəsindən kənara itələmiş və ona “sən kimsən ki, mənim yaşadığım evin həyətinə keçəsən” demişdir. Həmin vaxt onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və əlbəyaxa olmuşlar. Zərərçəkmiş şəxs özündən kənara itələyərək yaşadığı evin həyətinə keçib qapını bağlamışdır. 20.01.2022-ci il tarixdə saat 12:00 radələrində onun yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında mübahisələri yaranmış və əlbəyaxa olmuşlar. Ancaq Zərərçəkmiş şəxs hansı nahiyələrindən əlləri ilə vurmağını xatırlamır. Onunla Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs onun heç bir yerindən vurmamış və heç bir xəsarət yetirməmişdir. Onunla Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı yanlarında heç kim olmamış, səslərinə heç kim gəlməmişdir. Aralarında olan dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs şifahi olaraq tanıyır. Onunla ədavəti və düşmən münasibəti yoxdur. Şəxs oğlu Bayram adlı şəxsə 2021ci ilin yanvar ayının axırlarında 3300 (üç min üç yüz) manat pul vermişdir. Həmin vaxtdan sonra Bayram adlı şəxs ondan aldığı 3300 manat pulu ona qaytarmamış və ondan qaçaraq gizlənmişdir. Bayramın anası Zahidəni görərək dəfələrlə oğlu Bayramın ondan aldığı pulu ona qaytarmasını bildirmiş, ancaq Zahidə adlı şəxs də ona “sən mənə pul verməmisən, oğlum Bayrama pul verdiyin üçün gedib Bayramı tapıb pulunu ondan al” demişdir. 20.01.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Zahidənin yaşadığı Ağdaş şəhərində yerləşən evinə gedərək küçədən Zahidəni çağırmışdır. Zahidə yaşadığı evin həyət qapısından çölə çıxan zaman aralarında olan pul söhbətləri barədə söhbət etmişlər. Bu zaman Şəxs onunla sözlə mübahisə edərək pulu onun oğlu Bayrama verdiyi üçün Bayramdan da, gedib almağını bildirmişdir. Həmin vaxt aralarında sözlə mübahisələri yaranmışdır. Mübahsiə zamanı Şəxs əlləri ilə sinəsindən kənara itələyərək əlləri ilə onun sifət və ağız nahiyəsindən vuraraq onu döymüş, daha sonra yaşadığı evin həyətinə keçmişdir. Həmin vaxt DİN-in 102 xidmətinə məluamat vermişdir. 20.01.2022-ci il tarixdə saat 12:00 radələrində Şəxs yaşadığı evin qarşısında küçədə Şəxs əlləri ilə sinəsindən kənara itələyərək ağız, sifət və bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Başqa heç bir nahiyəsindən vurmamışdır. Onunla Şəxs adlı şəxs arasında baş vermiş dava-dalaş zamanı Şəxs heç bir yerindən vurmamış və heç bir xəsarət yetirməmişdir. Onunla Şəxs arasında baş vermiş dava-dalaş zamanı yanlarında heç kim olmamış, səslərinə heç kim gəlməmişdir. Aralarında olan dava-dalaş 4-5 dəqiqə davam etmişdir. Qeyd olunanlara əsasən Şəxs ciddi tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs 20.01.2022-ci il tarixdə, saat 12:10 radələrində Ağdaş rayonunun Maşad küçəsində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 24.12.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 10 fevral 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 10 fevral 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-134/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-134/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver