Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-134/2025 12.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, Su-18 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-661/2015 saylı 17 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 7200 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-661/2015 saylı 17 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanılması üçün ümumilikdə 160 manat alimentin tutularaq X5 verilməlidir. İcra vərəqəsi 21 oktyabr 2015-ci il tarixdə icra məmuru Mahir Abbasovun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs yaşadığı ünvana bildiriş və müxtəlif vaxtlarda xəbərdarlıq məktubları göndərilmişdir. Lakin Şəxs yeri müəyyən edilmədiyindən barəsində axtarış elan edilmiş və Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeri müəyyən edilərək Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra sənədində 1920 manat məbləğində borcun ödənilməsinə dsir qəbz vardır. Lakin həmin məbləğin hansı halda, yəni nağd və ya kart vasitəsi ilə tələbkara ödənilməsi barədə mğlumatı yoxdur. O, borclunun borcunu öyrənmək məqsədi ilə müxtəlif hərəktlər etmiş, borclu illə danışıqlar aparmış, hətta Dövlət Sosisal müdafiə Fondu ilə də özü şəxsən əlaqə saxlayaraq dəqiqlə, daha sonra borclunun 7200 manat məbləğində borcu qalmışdır. Tələbkar İcra şöbəsinə müraciət edərək borclunun Azərbaycan Respublikası ərazisində olduğunu bildirərək yaranmış aliment borcunu tələb edir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, onun X6 ilə birgə nikahlarından iki övladları anadan olmuş, övladının biri 21 yaşında, digəri isə 25 yaşındadır. O, Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində yaşayırdı. 28 fevral 2025-ci il tarixdə Azərbaycana gəldikdə, hava limanından Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş, oradan da Ağdaş rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. 04 mart 2025-ci il tarixdə izahatı alınıb, borcu ödəməsi üçün vaxt verilmiş, lakin borcunu bugünədək ödəyə bilməmişdir, onun həmin pulu ödəməyə imkanı yoxdur. Az-az ödəyəcəkdir. Hazırda tələb olunan aliment borcunu ödəmək iqtidarında deyildir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə 17 sentyabr 2015ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 1968-ci ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, Su-18-də yaşayan Şəxs 24 oktyabr 2001-ci il tarixdə anadan olmuş X7 və 13 fevral 2003-cü il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün X3 xeyrinə hər uşaq üçün hər ay 80 manat, cəmi 160 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan 21 oktyabr 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-661/2015 saylı 17 sentyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 21 oktyabr 2015-ci il tarixli tələbin köünllü icrası barədə bildirişin, 17 may 2015-ci il, 04 noyabr 2015-ci il, 30 avqust 2017-ci il və 08 fevral 2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-661/2015 saylı 17 sentyabr 2015-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 08 fevral 2022-ci il tarixli borclunun axtarılması barədə qərarının surətindən görünür ki, borclu Ağdaş şəhəri, Su-18də qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı borcu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 12 mart 2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 13 (on üç) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 12 mart 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-134/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-134/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver