Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-135/2022 31.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Hacıbala oğlunun iştirakı ilə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 30 yanvar 2022-ci il tarixdə saat 19:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 246-cı kilometrliyində idarə etdiyi “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avomobillə sürücü X2 idarə etdiyi “VAZ-21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avomobil toqquşmuş, nəticədə sürücülər Şəxs, X4 və “VAZ-21013” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs Hacıbala oğlu xəsarət almışlar. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Ceyhun Axundovun oğlunun 02 mart 2021-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsnin tərkibi olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir. Buna görə Ağdaş RPŞ-nin YPX inspektoru polis baş serjantı X5 tərəfindən 21 aprel 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş və həmin qərar əsasında Vİİİ Taqım YPX inspektoru polis baş serjantı Ceyhun Qarayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və bildirdi ki, onun avtomobiıli idarə etmək üçün sürücülük vəsiqəsi vardır. “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. 30 yanvar 2022-ci il tarixdə, saat 19:10 radələrində idarə etdiyi “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Aşağı Zeynəddin kəndi ərazisində Göyçay rayonundan Mingəçevir şəhərinə hərəkətdə olan zaman qəfildən Mingəçevir şəhəri istiqamətindən onun zolağında “VAZ-21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə doğru gəldiyini görmüşdür. Bu zaman əyləci basıb sol zolağa çıxaraq hadisədən yayınmaq istəsə də, məsafə az olduğundan orta xəttin üzərində həmin avtomobilin qabaq hissəsi onun avtomobilinin qabaq hissəsinə dəyərək toqquşmuşdur. Nəticədə hər ikisi, eyni zamanda onun avtomobilində arxada sağda oturan sərnişin Zərərçəkmiş şəxs Hacıbala oğlu xəsarət almışlar. Törətdiyi inzibati xətaya görə əməlindən peşmandır. Zərərçəkmiş şəxs Hacıbala oğlu ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Hacıbala oğlu məhkəmə iclasında 30 yanvar 2022-ci il tarixdə saat 19:10 radələrində Ağdaş rayonu Qumlaq kəndinə evlərinə gəlmək üçün Ağdaş rayonu Ləki dairəsindən sonradan adını bildiyi Şəxs idarə etdiyi “VAZ-21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərnişin kimi əyləşdiyini, Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində Şəxs idarə etdiyi avtomobilin qarşıdan gələn “VAZ-21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə nəticəsində xəsarət aldığını, hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışdığını və Şəxs heç bir şikayətinin, tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Hacıbala oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, buna görə də onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat apatrılan şəxsin səmimi peşmançılığı, vurulmuş zərərin ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş X1 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq X1 barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilii, işləməyən, Göyçay rayonu R.Rza küçəsi dalan 2, ev 1-də qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-135/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-135/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver