Məhkəmə qərarları › İş №3(014)-135/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-135/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-135/2025 12.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X6, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Ağdaş rayon Şəkili kənd orta məktəbində müdir müavini vəzifəsində işləyən, subay, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 mart 2025-ci il tarixdə saat 12:30 radələrində Ağdaş rayon ünvan 2 ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X15 məhkəmə iclasında izahatında göstərdi ki, Ağdaş rayon X10 Bölməsində araşdırılması aparılan material üzrə Şəxs izahatı alınması zərurəti yarandığından Şəxs Polis Şöbəsinə dəvət olunmuş, lakin o, çağırışlara gəlmədiyindən Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərov həmin şəxsi Polis Şöbəsinə gətirilməsinin təmini məqsədi ilə 11 mart 2025-cu il tarixdə Ağdaş rayon Şəkili kənd orta məktəbin yaxınlığında Şəxs yaxınlaşaraq özünü təqdim edərək barəsində Ağdaş rayon X10 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Kaman Qələndərov ondan sakit olmasını, ictimai qaydanı pozmamasını bildirsə də, Abbas Hümbətov onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqırrıb Polis Şöbəsinə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün onu polis əməkdaşlarını köməyə çağıraraq Abbas Hümbətovu rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Abbas Hümbətov öz əməllərini rayon Polis Şöbəsinin inzibati binasında da təkrarlamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayon Şəkili kənd məktəbində tədris üzrə müavin vəzifəsində işləyir. 11 mart 2025-ci il tarixdə işlədiyi məktəbdə İcra Hakimiyyəti Başçısının qəbulu keçirilmişdir. Müavin olduğu üçün üzərində öhdəliklər olmaqla yanaşı atası da həmin gün xəstə olduğundan əsəbi və stresli olmuşdur. Həmin gün Polis Şöbəsindən ona zəng edilərək Polis Şöbəsinə gəlməli olduğu bildirilmiş, o, da tədbirdə olduğunu, tədbir bitdikdən sonra gələcəyini bildirmişdir. Həmin gün saat təxminən 12-13 radələrində məktəbə mülki geyimdə bir nəfər şəxs yaxınlaşaraq onu Polis Şöbəsinə dəvət etmişdir. Daha sonra həmin şəxs xidməti vəsiqəsini təqdim etdikdən sonra polis əməkdaşı olduğunu bilmiş və hazırda tədbir olduğunu, işlərini bitirib şöbəyə gələcəyini bildirmişdir. Lakin polis əməkdaşı israr etdiyindən o da əsəbi və stersli olduğundan polis əməkdaşına qarşı gəlmişdir. Daha sonra polis əməkdaşı digər polis əməkdaşlarını çağıraraq onu Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, səs-küy salmamış, lakin polis şöbəsinə getmək istəməmişdir. Polis onu aparmaq istədikdə sonra gələcəyini bildirmişdir. O, həmin vaxt əsəbi olduğunu bildirirək polis əməkdaşlarından üzr istəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, 11 mart 2025-ci il tarixdə Ağdaş şəhər sakini X4 Ağdaş rayon Polis Şöbəsinə müraciət edərək, Şəxs onun rəfiqəsi Firuzə ilə əvvəllər münasibətdə olduğunu, lakin ayrıldıqlarına görə Şəxs Firuzə ilə yenidən münasibətlərini bərpa etmək istəməsini, münasibətlərinin bərpa olmayacağı təgdirdə Şəxs sosial şəbəkədə Firuzənin onunla cinsi əlaqədə olması ilə bağlı həyat yoldaşına deyəcəyini bildirməsi ilə bağlı Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində geydiyyatda olan Şəxs yerinin müəyyən edilərək izahatının alınması məqsədi ilə Ağdaş rayon X10 Bölməsinə gətirilməsi ilə bağlı rayon X10 Bölməsinin təhqiqatçısı Pünhan Yusibovun 11 mart 2025-ci il tarixli, 3-13-62/1-6011/2025 saylı raportu daxil olmuş və raportun icrası ilə bağlı, 11 mart 2025-ci il tarixdə saat 12:30 radələrində Ağdaş rayon Şəkili kənd orta məktəbinin yaxınlığında Şəxs yaxınlaşaraq özünü təqdim edərək barəsində Ağdaş rayon X10 Bölməsinində araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş rayn Polis Şöbəsinə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamış, o da həmin şəxsdən sakit olmasını ictimai qaydanı pozmamasını bildirsə də həmin şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün o, Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Xəyal Süleymanovu və ərazidə xidmət aparan rayon X21 Patrul Xidməti Bölüyünü polis nəfəri Cəsarət Əhmədovu ora çağırmış və onlar gəldikdən sonra həmin şəxsi rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Həmin şəxs öz əməllərini rayon Polis Şöbəsinin inzibati binasında da təkrarlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, 11 mart 2025-ci il tarixdə saat 12:30 radələrində Post Patrul Xidməti Bölüyünün polis nəfəri Cəsarət Əhmədov ilə Ağdaş rayonu, Şəkili kənd ərazisində xidmətdə olan zaman, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərov zəng vuraraq Şəkili kənd orta məktəbinin yaxınlığıda Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərdiyini və köməyə gəlmələrini bildirmiş, onlar da Kaman Qələndərovun yanında çatdıqda bir nəfər şəxsin ucadan qışqıraraq səs küy saldığını görmüşlər. Həmin şəxsə sakit olmasını və qanuni tələblərinə tabe olmasını bildirmişlər. X13 Abbasova dəfələrlə Ağdaş rayon X10 Bölməsində araşdırılması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Polis Şöbəsinə dəvət etmiş, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmiş, Şöbəyə getməyəcəyini söyləyib müqavimət göstərməyə başlamışdır. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı fiziki qüvvə işlətdiyinə görə tərəflərindən gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X8 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtrış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərov tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 12 mart 2025-ci il tarixli raportdan görünür ki, 11 mart 2025-ci il tarixdə Ağdaş şəhər sakini X4 Ağdaş rayon Polis Şöbəsinə müraciət edərək, Şəxs onun rəfiqəsi Firuzə ilə əvvəllər münasibətdə olduğunu, lakin ayrıldıqlarına görə Şəxs Firuzə ilə yenidən münasibətlərini bərpa etmək istəməsini, münasibətlərinin bərpa olmayacağı təqdirdə Şəxs sosial şəbəkədə Firuzənin onunla cinsi əlaqədə olması ilə bağlı həyat yoldaşına deyəcəyini bildirməsi ilə bağlı Ağdaş rayon Aşağı Zeynəddin kəndində qeydiyyatda olan, xx.xx.1992-ci il təvəllüdlü Şəxs yerlərinin müəyyən edilərək izahatlarının alınması məqsədi ilə Ağdaş rayon X10 Bölməsinə gətirilmələri ilə bağlı rayon X10çısı polis baş leytenantı Pünhan Yusibovun 11 mart 2025-ci il tarixli, 3-13-62/1-6011/2025 saylı raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı, 11 mart 2025-ci il tarixdə saat 12:30 radələrində Ağdaş rayon Şəkili kənd orta məktəbinin yaxınlığında Şəxs yaxınlaşaraq özlərini təqdim edərək barəsində Ağdaş rayon X10 Bölməsində araşdırması aparılan material ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş rayon Polis Şöbəsinə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamış, o, həmin şəxsdən sakit olmasını ictimai qaydanı pozmamasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduğunu izah etsə də həmin şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq rayon Polis Şöbəsinə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün o, Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Xəyal Süleymanovu və ərazidə xidmət aparan rayon X21 Aptrul Xidməti Bölüyünün polis nəfəri polis baş serjantı Cəsarət Əhmədovu ora çağırmış və onlar gəldikdən sonra həmin şəxsi rayon Polis Şöbəsinə gətirərək rayon X11 Hissəsinə təhvil vermişlər və həmin şəxs öz əməllərini rayon Polis Şöbəsinin inzibati binasında da təkrarlamışdır. İş materiallarında olan Ağdaş rayon X10 Bölməsinin təhqiqatçısı Pünhan Yusibov tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 11 mart 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş şəhər sakini X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs onun rəfiqəsi Firuzə ilə əvvəllər münasibətdə olduğunu, lakin ayrıldıqlarına görə Şəxs Firuzə ilə yenidən münasibətlərin bərpa etmək istəməsini, münasibətlərinin bərpa olunmayacağı təqdirdə Şəxs sosial şəbəkəsində Firuzənin onunla cinsi əlaqədə olması ilə bağlı həyat yoldaşına deyəcəyi ilə hədələmişdir. Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan xx xxxxxxx 1992-ci il təvəllüdlü Şəxs yerinin müəyyən edilərək izahatının alınması üçün Ağdaş rayon X10 Bölməsinə gətirilməsinə Ağdaş rayon Polis Şöbəsinin Cinayət axtarış Bölməsinə tapşırıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X11 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, lakin həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin və özünün izahatları ilə təsdiqini tapmamış, iş materialları ilə də həmin əməlin törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, , Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Eyni zamanda məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona inzibati cərimə növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 11 mart 2025-ci il tarixdə saat 17:55də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddələri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar