Məhkəmə qərarları › İş №3(014)-136/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-136/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-136/2021 12.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iclas katibliyi, Şikayət vermiş şəxs X6 iştirakı ilə Azərbaycan X3 Bərdə regional bölməsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan X3 Bərdə regional bölməsinin rəisi X8 tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək ona 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixində iş yeri olan Üzünük kafedə olarkən Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin əməkdaşları kafeyə daxil olaraq onun maskadan düzgün istifadə etmədiyini əsas gətirərək İXM-in 211.2-cı maddəsinə əsasən barəsində MN ******* nömrəli protokol tərtib etmişlər. Hər kəs kimi fərdi sahibkar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın verdiyi qərarları üstün tutaraq hər gün iş yerində fərdi qoruyucu vasitələrdən (maskadan) istifadə edir. Həmin gün əl-üzünü yuyub qurumasını gözləyərkən X3 əməkdaşları restorana daxil olmuşlar və onu maskasız görmüşlər. Onlara bu halı nəzərə almalarını, pandemiyadan zərər çəkmiş fərdi sahibkar olduğunu bildirsə də, ona məhəl qoymayaraq barəsində protokol tərtib etmişlər. xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli protokol üzrə xx xxxxxx 2021-ci il tarixində MN ******* nömrəli qərar qəbul edilərək, barəsindədə 300 (üç yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 2020-ci ilin mart ayından ölkədə tüğyan edən Covid-19 pandemiyası hər bir fərdi sahibkar kimi onlara da təsirsiz ötüşməmişdir. Pandemiya dövründə ilk qapanmada dövlətdən maddi dəstək ala bilsələr də sonuncu, yəni dekabr ayında olan qapanmada maddi yardım ala bilməmişlər. Pandemiyada qazanc əldə edə bilmədiyi üçün maddi durumu çox aşağıdır. 1 övladı xaricdə, Türkiyə Respublikasının Pamukkale Universitetində təhsil alır. Oğlunun təhsil haqqı və müəyyən yol xərcləri onu xeyli borca salmışdır. Digər övladı isə işsizdir. Ağdaş kiçik rayondur və pandemiyadan bir çox insan əziyyət çəkdiyi üçün kafedə alver də olduqca zəifləmişdir. 300 (üç yüz manat) cəriməni maddi vəziyyətinə görə ödəməkdə çətinlik çəkir. Məsuliyyətini başa düşür və əməlindən peşmandır. İnzibati Xətalar Məcəlləsinə görə qanunda göstərilməyən yüngülləşdirici hallar nəzərə alınaraq rəsmi və yazılı qaydada xəbərdarlıq edilməsi mümkündür. Maddi vəziyyətini, övladının xaricdə təhsil almasını, ölkədə Covid-19 pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə görə xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli qərar əsasında barəsində tətbiq edilmiş 300 manat cərimə tənbeh növü, rəsmi və yazılı formada xəbərdarlıq növündə inzibati tənbehlə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X6 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Bundan başqa, X9 şikayətində ona daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etsə də, onun təqsirli bilindiyi maddənin sanksiyasında daha yüngül inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan X3 Bərdə regional bölməsinin xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar