Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-136/2022 29.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu Dəhnəxəlil kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 30 yanvar 2022-ci il tarixdə saat 19:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Qəzyan kəndi ərazisindən keçən 246-cı kilometrliyində idarə etdiyi “VAZ 21013” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə “VAZ 21013” markalı avtomobilin sürücüsü Şəxs, “VAZ 21063” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs və “VAZ 21063” markalı avtomobilin sərnişini X4 xəsarət alaraq Ağdaş şəhər mərkəzi xəstəxanasına müraciət etmişlər. Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-yə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X5 tərəfindən 02.03.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X3 tərəfindən 30.01.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, Ağdaş rayonu Dəhnəxəlil kəndində qeydiyyatdadır. Hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “VAZ 21013” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobil onundur. Etibarnamə ilə idarə etmişdir. 30.01.2022-ci il tarixdə saat 19:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Qəzyan kəndi ərazisində Mingəçevir şəhərindən Ağdaş rayonuna doğru hərəkətdə olmuşdur. Yolun sağ zolağı ilə hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin işığı gözünə düşmüş və idarəetməni itirərək orta zolağa çıxmışdır. Qarşıdan gələn avtomobil ilə məsafə az olduğunu görmüş və öz zolağına keçmək istəmişdir. Həmin zaman qarşıdan Ağdaş rayon istiqamətindən hərəkət edən qeydiyyat nişanını sonrada bildiyi “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin qabaq hissəsi orta zolağın üzərində dəyərək toqquşmuşdur. Toqquşma zamanı o və qarşı avtomobildə sərnişin olan adını sonradan bildiyi X4 xəsarət almışlar. Onları təcili tibbi yardım maşını ilə Ağdaş rayon mərkəzi xəstəxanasına aparmışlar. Onun avtomobilinin qabaq hissəsindən toqquşan avtomobilin sürücüsünü əvvəllər tanımamış, onunla ədavəti və düşmən münasibəti olmamışdır. Avtomobildə tək olmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur. 30.01.2022-ci il tarixdə saat 19:10 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Ağdaş rayonu Zeynəddin kəndi ərazisində Göyçay rayonundan Mingəçevir şəhərinə doğru hərəkətdə olmuşdur. Öz yolu ilə orta zolaqla hərəkətdə olan zaman qəfildən qarşısından Mingəçevir şəhəri istiqamətindən onun zolağında bir avtomobilin onun üzərinə doğru gəldiyini görmüşdür. Əyləci basıb sol zolağa çıxıb hadisədən yayınmaq istəmişdir. Buna baxmayaraq, məsafə az olduğundan onun avtomobilinin qabaq hissəsi ilə qeydiyyat nişanını sonrada bildiyi “VAZ 21013” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi orta xəttin üzərində dəyərək toqquşmuşdur. O, dərhal avtomobildən yerə düşmüş, hadisə zamanı onun avtomobilində arxa sağ tərəfdə oturan sərnişin yoldan götürdüyündən adını sonradan bildiyi X4 və qarşı avtomobilin sürücüsü adını sonradan bildiyi Şəxs xəsarət alaraq təcili tibbi yardım avtomobili ilə Ağdaş rayon mərkəzi xəstəxanasına getmişlər. Hadisə yerinə polis əməkdaşları gəlmiş, araşdırma aparmışlar. Hadisədən sonra özünü yaxşı hiss etmədiyi üçün Ağdaş rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Onun avtomobilində 3 nəfər yoldan götürdüyü adlarını bilmədiyi sərnişinlər olmuşdur. Onların biri xəsarət almışdır, ikisi xəsarət almamışlar. Onun toqquşduğu avtomobilin sürücüsünü əvvəllər tanımamış, onunla ədavəti və düşmən münasibəti olmamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Avtomobili 80 km/saat sürətlə idarə etmişdir. Şəxs hadisədən sonra onun avtomobilini təmir etdirməmişdir. Qeyd olunanlara əsasən onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, o, Ağdaş rayonu Qumlax kəndində qeydiyyatdadır. Hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 30.01.2022-ci il tarixdə saat 19:10 radələrində Ağdaş rayonunun Ləki dairəsindən Sadiqin idarə etdiyi avtomobilə sərnişin kimi minmişdir. Ağdaş rayonunun Qumlax kəndinə evə gəlirmiş. Ağdaş rayonu Zeynəddin kəndi ərazisində Zərərçəkmiş şəxs idarə avtomobil qarşıdan gələn “VAZ 21013” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, arxa sağ oturacaqda oturmuşdur. Hadisə zamanı xəsarət almışdır. Ağdaş rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Qarşıdan gələn “VAZ 21013” avtomobil sürücü Zərərçəkmiş şəxs çaşdırmışdır. Əvvəl onların yoluna çıxmış, sonra öz yoluna qayıdan zaman hadisə baş vermişdir. Avtomobildə ondan başqa iki nəfər sərnişin olmuş, lakin onlar xəsarət almamışlar. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 30.01.2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxslərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, həmçinin hadisə zamanı iki şəxsin yüngül xəsarət almasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-136/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-136/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver