Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-136/2023 03.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu xx.xx.1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21011” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməsi barədə olsa da, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər natamamdır və düzgün tərtib edilməmişdir. Belə olan halda isə işə mahiyyəti üzrə baxılması mümkün deyil. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Hazırkı halda isə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə bir inzibati xəta haqqında protokol tərtib olunsa da, həmin maddələrdən yalnız biri (334.1-ci) məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə inzibati xəta haqqında protokola yalnız həmin hissədə baxa bilər. Belə olan halda isə inzibati xəta haqqında protokol tərtib etmiş orqan digər maddələrlə şəxsə tənbeh tətbiq etməsinə dair qərarı işin materiallarına əlavə etməli idi və ya həmin maddələrlə ümumiyyətlə ayrıca protokol tərtib edə bilərdi. Çünki məhkəmə tərəfindən həmin maddələr üzrə qərar qəbul edilməsi və ya öz səlahiyyətində olan maddə üzrə qərar qəbul edərkən digər maddələri də əhatə etməsi yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxsin bu xətanı il ərzində təkrar törədib-törətməməsini isə Ağdaş rayon Polis şöbəsinin DYPB tərəfindən verilən arayışla müəyyən etmək mümkündür. Hazırkı halda isə işə əlavə olunmuş arayışda möhür olmadığından, bu sənəd mötəbər hesab edilə bilməz. Qeyd olunanlardan əlavə, inzibati xəta haqqında protokolun özü də natamam tərtib edilmişdir. Belə ki, inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarix, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsinə dair punktda onun adı, soyadı, atasının adı göstərilməmiş, hüquq və vəzifələrinin izah edilməsinə dair punkt ümumiyyətlə imzalanmamışdır. Bundan əlavə, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, vəsatətinin olub-olmaması dəqiqləşdirilməmiş və həmin hissələr formal olaraq sadəcə izahatın mətninin qeyd olunmalı yerdə əlaqəsiz olaraq imzalanmışdır. Göründüyü kimi Ağdaş rayon Polis şöbəsinin DYPB tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-136/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-136/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver