Məhkəmə qərarları › İş №3(014)-137/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-137/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-137/2022 17.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Ağdaş rayonu Şəmsabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, müəllimə işləyən, İİ qrup əlil, Ağdaş rayonu Şəmsabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 17 mart 2022-ci il tarixdə, saat 13:15-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən 17 mart 2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, 09 iyul 2020-ci tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində 08 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən Şəxs məcburi qaydada çıxarılsın, həmin torpaq sahəsindən istifadə Şəxs qadağan edilməsi, həmin torpaq sahəsində özbaşına tikilmiş tikili-yaşayış evi X2 hesabına sökülməsi və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün tələb edilən xərc 60 mana (altmış manat) iş üzrə cavabdeh Şəxs tutularaq Kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesabına ödənilməsi qərara alınmış qətnamə üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 26/2020 saylı, 09 iyul 2020-ci tarixli icra vərəqəsini Şəxs tərəfindən icra edilmədiyindən tərəfindən onun barəsində 17 mart 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsini icra etməməsinə səbəb, səhətində yaranmış xəstəlik və maddi imkanının az olmasıdır, yay aylarında qətnaməni icra edəcəkdir. Buna görə də barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X3 məhkəmə iclasında izahatında məhkəmə qətnaməsinin Şəxs tərəfindən qərəzli icra edilmədiyindən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı, 09 iyul 2020-ci tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, İİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar