Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-137/2023 14.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştrakı ilə, xx.xx.1964-cü il tarixdə Ağdaş rayonu Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 14 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində 01 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 01 mart 2023-cü il tarixdə 109/08 nömrəli şəhadətnaməyə əsasən özünə məxsus 01 ədəd “TOZ” markalı, 12 kalibirli, C-11662 nömrəli qoşa lüləli ov silahının saxlanması və daşıması qaydasını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 izahatıda göstərmişdir ki, 01 mart 2023cü il tarixdə 109/08 nömrəli şəhadətnaməyə əsasən özünə məxsus 01 ədəd “TOZ” markalı, 12 kalibirli, C-11662 nömrəli qoşa lüləli ov silahının saxlanması və daşıması qaydasını pozması barədə Ağdaş rayon Polis şöbəsinin İTB-ün sahə polis nəfəri, polis serjantı Nicat Hüseynovun raportu əsasında tərəfindən araşdırma aparılmiş, Şəxs və raport vermiş şəxsin izahatı alınmşdır. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatıda göstərmişdir ki, 109/08 nömrəli şəhadətnaməyə əsasən özünə məxsus 01 ədəd “TOZ” markalı, 12 kalibirli, C-11662 nömrəli qoşa lüləli ov silahı var. Həmin ov silahının saxlanılması və daşınması qaydasını bilir. 01 mart 2023-cü il tarixdə həmin silahın saxlanılması və daşınması qaydasını pozmuşdur. Əməlimdən peşmandır. Ona yüngü cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin İTB-ün sahə polis nəfəri, polis serjantı Nicat Hüseynovun raportundan görünür ki, Şəxs 01 mart 2023-cü il tarixdə 109/08 nömrəli şəhadətnaməyə əsasən özünə məxsus 01 ədəd “TOZ” markalı, 12 kalibirli, C-11662 nömrəli qoşa lüləli ov silahının saxlanması və daşıması qaydasını pozmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 109/08 nömrəli “Şəhadətnamə”dən görünür ki, Şəxs məxsus 1 ədəd 12 kalibirli, “Ata-arms”markalı, 15/D11867 nömrəli tək lüləli ov silahı var. İnzibati xəta haqqında materiala əlavə edilmiş MN1722287 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2023-cü il tarixdə 109/08 nömrəli şəhadətnaməyə əsasən özünə məxsus 01 ədəd “TOZ” markalı, 12 kalibirli, C-11662 nömrəli qoşa lüləli ov silahının saxlanması və daşıması qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi əzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi onun özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, əmlak vəziyyətini, işin hallarını, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, inzibati xəta predmeti olmuş silah müsadirə edilməməklə, 50 (əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta predmeti olmuş 01 ədəd “TOZ” markalı, 12 kalibirli, C-11662 nömrəli qoşa lüləli ov sılahı müsadirə edilməməklə, 50 (əlli) manat məbləğində manat inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-137/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-137/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver