Məhkəmə qərarları › İş №3(014)-143/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-143/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-143/2025 01.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1960-cı ildə Ağdaş rayonu, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonunun Abad kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 dekabr 2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “VAZ 21063” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Şamaxı-Yevlax yolunun 206-cı km-də Bakı istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı apararkən hava şəraiti dumanlı olduğundan qarşıda hərəkətdə olan traktor Foton FT-1254 markalı kənd təsərrüfat texnikasını görməyib, texnikanın arxa tərəfi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törədib Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla əlaqədar 21 yanvar 2025-ci il tarixdə Baş Dövlət Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı İV X8 Xidməti inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömərli protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 10 dekabr 2024-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “VAZ 21063” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm istiqamətində hərəkətdə olarkən qarşıda gedən traktoru ötüb keçmək istəyərkən duman olduğuna görə qarşıda üzü Göyçay istiqamətində hərəkətdə olan mersedes Benz markalı avtomobili görmüş və yenidən öz hərəkət zolağına qayıtmaq istəyərkən ara məsafəsini düzgün seçmədiyi üçün idarəetməni itirərək qarşıda gedən traktora dəymişdir. Hadisə zamanı kürəkini Zərərçəkmiş şəxs başından xəsarət almışdır. Belə ki, onun başında sıyrıqlar olduğundan onu dərhal xəstənaya aparmışlar. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 10 dekabr 2024-cü il tarixdə qayınatası Şəxslə birlikdə Şamaxıya gedərkən hava dumanlı idi. Şəxs avtomobili aşağı surətlə idarə edirdi. Hava dumanlı olduğundan Məmmədalı ötmə əməliyyatı etmək istəyərkən qarşıda gedən traktora dəymiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı yüngül xəsarət aldığından onu Göyçay rayon Mərkəzi xəsatəxanasına aparmışlar və başında yüngül sıyrıq olduğu müəyyən olunduğundan heç bir müalicə almamışdır. Hazırda Şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 24 dekabr 2024cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, HK-1409 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqəda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd olunması, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada protokol tərtib edilməsi üçün qərarın surətinin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21063” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxa hissədən zərbə dəymişdir. İş materiallarında olan 10 dekabr 2024-cü il tarixli, 1271 və 1272 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair aktlardan görünür ki, Şəxs və X2 tibbi müayinədən keçirilmişlər və onlarda alkaqol sərxoşluğu olması müəyyən edilməmişdir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli 707 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın sağ alın nahiyəsində dərinin epidermis qatının sıyrılmış yaraları fonunda əzilmiş –sıyrılmış yara-küt bərk əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi halı istisna edilmir və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsndə nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi özünün etirafedici ifadəsi və iş materialları ilə tamamilə sübut olunur. Buna görə Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar