Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-144/2025 17.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X7, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonu, Xosrov kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş rayonunun Sadavat kəndində ucadan qışqırıb, səs-küy salaraq xırda xuliqanlıq etmiş, ona yaxınlaşan qanunun tələbini ona izah edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş rayonunun Sadavat kəndində ucadan qışqırıb, səs-küy salaraq xırda xuliqanlıq etmiş, ona yaxınlaşan qanunun tələbini ona izah edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı kənddə polis əməkdaşı ona yaxınlaşaraq şöbəyə getməli olduğunu bildirdi. O, həmin vaxt əsəbi olduğu üçün özündən çıxıb, səs-küy salaraq heç bir yerə getməyəcəyini bildirmişdir. Daha sonra onu polis şöbəsinə gətirdilər. Tutduğu əməldən peşmandır və bir daha belə əmələ yol verməyəcəkdir. Daha sonra Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, o, 15 yaşında qız qaçırtmış, bununla əlaqədar şöbəyə dəvət olunmuşdur. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat istintaq qrupunda olan zaman Ağdaş rayon Sadavat kəndində qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Şəxs Bakı şəhərinə gedərək ailə qurmaq məqsədilə Bakı şəhər Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Əliyev küçəsi ev 194/19K-də qeydiyyatda olan, xx.xx.2010-cu il təvəllüdlü X5 öz istəyi ilə qaçıraraq Ağdaş rayon Sadavat kəndində yerləşən yaşadıqları evə gətirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Ağdaş rayon Sadavat kəndi ərazisində Şəxs yaxınlaşaraq özünü təsdiq edərək onu Ağdaş RPŞ-yə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başladı. O, həmin şəxsdən sakit olmasını ictimai qaydanı pozmamasını və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tələblərini pozduğunu izah etsə də, onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq RPŞ-nə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün o ərazidə xidmət aparan RPŞ-in PPXB-in polis nəfəri polis baş serjantı Cəsarət Əhmədovu ora çağırdı və Cəsarət Əhmədov gəldikdən sonra onlar həmin şəxsi RPŞ-nə gətirərək RPŞ-in Növbətçi Hissəsinə təhvil vermiş və həmin şəxs öz əməllərini RPŞ-in inzibati binasında da təkrarlamışdır. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Ağdaş rayon Sadavat kəndində xidmətdə olan zaman CAB-nin Ə/M müvəkkili Cəsur Hümətov tərəfindən 1 nəfər şəxsin ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü və onun qanuni tələblərinə qəsdən tabe olmadığını bildirərək ona kömək məqsədilə həmin yerə çağırdı. O həmin yerə çatanda həmin şəxsin ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü və Polisin qanuni tələblərinə tabe olmadığını görmüşdür. Həmin şəxsin əməlində AR İXM-nin 510 və 535.1ci maddəsinin tələbinin pozmasının əlamətləri olduğu üçün həmin şəxsi ictimai qaydanı pozması səbəbi ilə barəsində qanuni tədbir görülməsi üçün Ağdaş RPŞ-nə gətirmişlər. Növbətçi hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də həmin şəxsin Ağdaş rayon Sadavat kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Şəxs olduğu müəyyən olundu. İş materiallarında olan 15 mart 2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Cəsur Hümbətov tərəfindən Ağdaş Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı İlkin Hüseynova ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə əməliyyat istintaq qrupunda olan zaman Ağdaş rayon Sadavat kəndində qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Şəxs bakı şəhərinə gedərək ailə qurmaq məqsədi ilə Bakı şəhər Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Əliyev küçəsi ev 194/19K-də qeydiyyatda olan xx.xx.2010-cu il təvəllüdlü X5 öz istəyi ilə qaçıraraq Ağdaş rayon Sadavat kəndində yerləşən yaşadıqları evə gətirməməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Ağdaş rayon Sadavat kəndi ərazisində Şəxs yaxınlaşaraq özünü təqdim edərək onu Ağdaş RPŞ-yə dəvət edən zaman, həmin şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başladı o, həmin şəxsdən sakit olmasını ictimai qaydanı pozmamasını və Azərbaycan Respublikası iXM-in 510-cu maddəsinin tələblərini pozduğunu izah etsə də, onun qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq RPŞ-nə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdiyi üçün o ərazidə xidmət aparan RPŞ-in PPXB-in polis nəfəri polis baş serjantı Cəsarət Əhmədovu ora çağırmış və Cəsarət Əhmədov gəldikdən sonra onlar həmin şəxsi RPŞ-nə gətirərək RPŞ-in Növbətçi Hissəsinə təhvil vermiş və həmin şəxs öz əməllərini RPŞ-in inzibati binasındada təkrarlamışdır. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 mart 2025-ci il tarixdə saat 10:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 mart 2025-ci il tarixdən saat 10:15-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-144/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-144/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver