Məhkəmə qərarları › İş №3(014)-147/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-147/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-147/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdaş rayonu Ləki qəsəbəsi C.Kərimov küçəsi 1A nömrəli evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 07 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi, polis baş leytenantı X1 Vüqar Qnyaz oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 07 mart 2023-cü il tarixdə protokol tərtib edərək məhkəməyə göndərmiş ondan ötrü ki, Şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 350 manat məbləğində almış, lakin həmin pulları ödəməyərək mənimsəmiş, bununlada Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərini pozaraq xırda talama etmişdir. Məhkəmə iclasında Ağdaş rayon Polis şöbəsinin X2 sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 350 manat məbləğində almış, lakin həmin pulları ödəməyərək mənimsəmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçı, polis leytenantı Nail Məmmədli tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə 01 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin X4 göndərilmişdir. Tərəfindən araşdırılma aparılmış, Şəxs barəsində Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Ağdaş rayonu Ləki qəsəbəsi C.Kərimov küçəsi 1A nömrəli evdə yaşadığını, 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 350 manat məbləğində pul aldığını, lakin həmin pulları ödəmədiyini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulunu ödəmək adı ilə ondan hissə-hissə olmaqla 350 manat məbləğində pul aldığını, lakin həmin pulları ödəmədiyini, buna görə də onun barəsində ciddi cəza verilməsini verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçı, polis leytenantı Nail Məmmədlinin xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 350 manat məbləğində almış, lakin həmin pulları ödəməyərək mənimsəmiş, onun əməlində toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin X4 göndərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 350 manat məbləğində almış, lakin həmin pulları ödəməyərək mənimsəmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.6-cı maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göründüyü kimi Şəxs 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində işıq pulu ödəmək adı ilə Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 350 manat məbləğində almış, lakin həmin pulları ödəməyərək mənimsəyərək xırda tala etmişdir. Buna görə də Şəxs barəsində 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 38, 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş raon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar