Məhkəmə qərarları › İş №3(014)-147/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-147/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-147/2025 19.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Ağdaş rayonunun Qumlax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, Ağdaş rayonunun Qumlax kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsun barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 mart 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs 20 avqust 2021-ci il tarixdən başlayaraq 23 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay 87,50 manat sabit pul məbləğində aliment alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardad üzrə icra vərəqəsi icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs yaşadığı ünvana bildiriş və müxtəlif vaxtlarda xəbərdarlıq məktubları göndərilmişdir. Lakin Şəxs yeri müəyyən edilmədiyindən barəsində axtarış elan edilmiş və Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeri müəyyən edilərək Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra sənədində 1920 manat məbləğində borcun ödənilməsinə dsir qəbz vardır. Lakin həmin məbləğin hansı halda, yəni nağd və ya kart vasitəsi ilə tələbkara ödənilməsi barədə mğlumatı yoxdur. O, borclunun borcunu öyrənmək məqsədi ilə müxtəlif hərəktlər etmiş, borclu illə danışıqlar aparmış, hətta Dövlət Sosisal müdafiə Fondu ilə də özü şəxsən əlaqə saxlayaraq dəqiqlə, daha sonra borclunun 7200 manat məbləğində borcu qalmışdır. Tələbkar İcra şöbəsinə müraciət edərək borclunun Azərbaycan Respublikası ərazisində olduğunu bildirərək yaranmış aliment borcunu tələb edir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən övladı X7 onun himayəsinə verilmiş,lakin bugünədək həmin qətnamə icra olunmamışdır. Hazırda protokolda yazılan borc düzgün deyil. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bilditdi ki, uşaq onun yanında qalır, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadına əsasən borcludan alimentin tutulmasını tələb edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs 20 avqust 2021-ci il tarixdən başlayaraq 23 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay 87,50 manat sabit pul məbləğində aliment alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində olmaqla 140 manat aliment tutularaq ilkin iddia üzrə iddiaçı Şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1015/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın atadan alınıb anaya verilməsi və aliment tələbinə dair ilk, cavabdeh Zərərçəkmiş şəxs iddiaçı Şəxs qarşı uşağın atanın yanında saxlanması və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(014)-51/2022 saylı qətnaməsindən cavabdeh Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(014)-51/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-879/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı uşağın atadan alınıb anaya verilməsi və aliment tələbinə dair ilk, cavabdeh Zərərçəkmiş şəxs iddiaçı Şəxs qarşı uşağın atanın yanında saxlanması və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli 2(014)-1015/2022 saylı qətnaməsindən cavabdeh Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(102)-1015/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi 24 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində olmaqla 140 manat aliment tutularaq ilkin iddia üzrə iddiaçı Şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 02 mart 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, 11 mart 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-91/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-12/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərardadının surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs məcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun 04 fevral 2022-ci il və 27 fevral 2023-cü tarixli borclunun axtarılması barədə qərarlarının surətlərindən görünür ki, Ağdaş rayonu, Qarasuqumlaq kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-352/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(014)-507/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarından barəsində həmin qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(014)-507/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, proses tərəflərinin izahatlarını dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən icra sənədləri üzrə borc məbləği düzgün hesablanmadığından Şəxsnun barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh Şəxs 20 avqust 2021-ci il tarixdən başlayaraq 23 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay 87,50 manat sabit pul məbləğində aliment alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardadda da göstərilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Şəki Apelyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1772/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı qəbul edildiyi gün qüvvədən düşmüşdür. Lakin protokoldan görünür ki, həmin məbləğ hesablanmaqda davam edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in yuxarıda göstərilən tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyrimümkün edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibаti prоtоkоl düzgün tərtib olunmadığından inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Ağdaş rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Ağdaş rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar