Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-148/2025 08.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Ağdaş rayon prokurorunun köməkçisi X7, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1999-cu ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon prokuroru Anar Əliyev tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 mart 2025-ci il tarixli qərarda göstərilir ki, Şəxs arvadı Zərərçəkmiş şəxs qarşı məişət zəminində psixi zorakılığa, yəni qəsdən psixi təzyiq göstərilməsinə, dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər törətmiş, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Ağdaş rayon prokurorunun köməkçisi X7 izahatında bildirdi ki, Şəxs arvadı Zərərçəkmiş şəxs qarşı məişət zəminində psixi zorakılığa, yəni qəsdən psixi təzyiq göstərilməsinə, dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər törətmiş, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, 04 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, əri Şəxs onu ödürməklə hədələməsi barədə məlumat vermiş və qeyd olunan məlumat üzrə araşdırma aparılan zaman hədənin icra ediləcəyi üçün real əsaslar olmadığından cinayət işinin başlanması rədd edilmiş və sonuncular münaqişəli ailə kimi qeydiyyata götürülmələri üçün qərar Ağdaş rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 06 fevral 2025-ci il və 03 mart 2025-ci il tarixlərində Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidməti-zəng mərkəzinə müraciət edərək, X3 dəfələrlə onu narahat etməsi barədə məlumat vermişdir. Müraciətlə bağlı yenə də Ağdaş rayon X6 Bölməsində araşdırma aparılmış, Şəxs əməlində Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibi olmadığından barəsində 13 mart 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanların nəzərə alınıb xx xxxxxx 1999-cu il tarixdə Ağdaş şəhərində doğulmuş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah qeydə aldıraraq evlənmişlər. Birgə nikah münasibətlərindən bir oğlan övladları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuş və o, Ləmana telefondan istifadə etməsinə icazə verməmişdir. Ləman da bu səbəbdən çıxıb atası evinə getmiş və 8 ay atası evində qalmışdır. Daha sonra onlar barışmış və Ləmanla birlikdə Bakı şəhərində kirayə evdə qalmışlar. O, Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. Xatırlamadığı tarixdə axşam işdən evə gəldikdə Ləmanın qapını bağlamasını görmüş və Ləman onu evə buraxmamışdır. Bundan sonra Ləmanın atasına zəng edərək Ləmanı gəlib aparmasını bildirmiş, Ləman isə ondan evin açarını istəmiş və anası ilə qardaşının gəlib onu aparacaqlarını bildirmişdir. O da evin açarını Ləmana verib evdən getmişdir. Küçədə olarkən Ləmanın anası və qardaşını görmüş və Ləmanı aparmaq üçün gəldiklərini düşünmüşdür. Ləman atasını və onu aldadaraq evdən çıxıb getmişdir. Növbəti gün Ləmanın atası ona zəng edərək qızı Ləmanı və nəvəsini tapmadığından onu polisə verəcəyini bildirmiş, o da Ləmanın anası və qardaşının gəlib onları aparacağını bildirmişdir. Bundan sonra Ləmanın atası ilə birlikdə hər yerdə bir müddət Ləmanı və övladını axtarmış, Ləmanı Ağdaş şəhərində Şahid evindən tapmışlar. Daha sonra Ağdaş rayon Polis Şöbəsindən zəng edilərək arvadı Ləmanın yaşadığı evə getdiyini, buna görə də Ləmanın ondan şikayətçi olduğunu və Polis Şöbəsinə gəlməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına Bakı şəhərində olduğunu bildirmişdir. Polis əməkdaşları onun Bakı şəhərində olduğuna inanmadıqlarından o, konum atmış və polis əməkdaşları onun Ağdaş rayonu ərazisində olmadığına inanmışlar. Daha sonra Ləmanla əlaqə saxlamış və o, atası ilə birlikdə övladını götürmək üçün Ləmanın yaşadığı evə getmiş və atası da həmin vaxt uşağı Ləmandan aldığı zaman çəkiliş etmiş və tərəfindən Ləmana heç bir təzyiq və ya təsir olmamışdır. Ləman onun atasından da polis şöbəsinə şikayət etmişdir. Lakin Ləmanın şikayətlərinin heç biri doğru və əsaslı deyil. O, Ləmanın yaşadığı evə cəmi bir dəfə uşağını götürmək üçün getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2024-cü ilin aprel ayında Şəxs xəyanətini bilmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində o, evdən çıxıb getmiş və atasının evində yaşamışdır. Həmin ilin dekabr ayında İlhamla yenidən barışmış və Ağdaş şəhərinə gəlib bir həftə qaldıqdan sonra Bakı şəhəri, Mazasır qəsəbəsində kirayə tutduqları evdə yaşamışlar. Birgə yaşadıqları dövrdə yenə də İlhamın xəyanətini müəyyən edib ona irad bildirsə də, İlham onun sözlərinə məhəl qoymamışdır. O, atasına zəng edib onu aparmasını xahiş etmiş, atası da ona evdə oturmasını, heç bir yerə getməməsini söyləmişdir. İlham ona əşyalarını yığıb evdən çıxmasını təkid etmiş, atası da gəlmədiyindən uşağı ilə birlikdə evdən çıxıb rəfiqəsinin yanına getmişdir. Daha sonra 27 yanvar 2025-ci il tarixdə nikahın pozulması üçün Mediasiya Şurasına müraciət etmişdir. Təxminən 2-3 həftə sonra İlham rəfiqəsi Nərminə zəng edərək onu hədələyib arvadını və övladını qaçırdığını, geri qaytarmasını bildirmişdir. Daha sonra İlham onu izləməyə başlamış, Ağdaş şəhərində heç bir yerdə işləməyə icazə verməyəcəyini bildirmişdir. Bundan sonra o, Polis Şöbəsinə əri tərəfindən hədələnməsinə dair ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs sualları cavablandıraraq bildirdi ki, İlham üçün dəfələrlə borca pul almış, İlham həmin pulları xərcləmiş və geri qaytarmamışdır. Buna görə də valideynləri ilə aralarında söz-söhbət olmuşdur. Bu səbəbdən də evdən çıxarkan valideynlərinin yanına deyil, rəfiqəsi Nərminin evinə getmişdir. Rəfiqəsi ilə birlikdə qalarkən də İlham ona problemlər yaratmış, zənglər edərək onu şantaj və təhdidlər etmişdir. Hətta qonşuların vasitəsi ilə onu izləmiş, Nərminin evinə girib çıxan şəxslərə də müdaxilələr etmişdir. O, qorxu, əsəb və stresdən əziyyət çəkdiyi epilepsiya xəstəliyi də şiddətlənmiş, buna görə müalicədə almışdır. Məhkəmə iclasında Şahid izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə tanışlıqları vardır. Sonradan “Tik-tok” sosial şəbəsində Ləmanla yazışmağa başlamışlar, lakin görüşməmişlər. Onlar sosial şəbəkədə yazışarkən Ləman əri İlham tərəfindən onu və övladını evdən çıxardığını, qalmağa yerinin olmadığını bildirmiş, o da Ləmana gəlib birlikdə qlamalarını təklif etmiş və razılaşmışlar. Ləman onunla yaşamağa başladıqdan sonra İlham sosial şəbəkədə ona söyüşlər yazaraq arvadını və uşağını qaçırmasını bildirmışdır. Bundan başqa İlham mütəmadi olaraq onları izləyir, qapılarına gəlir, ünvanlara söyüşlər söyərək təhqir edirdi. Onlar taksidə gedərkən İlham mesaj yazaraq taksiyə yavaş sürməsini, arxaları ilə gəldiyini bildirmişdir. Daha sonra gecə evdə olarkən Ləmanın uşağı ağlayaraq babasını istədiyindən uşağın babasına zəng etmişlər, lakin babası telefon zənglərinə cavab vernədiyindən uşağı taksi ilə babasına aparmaq qərarına gəlmişlər. Təxminən gecə saat təxminən saat 12 radələrində taksi ilə gedərkən İlham onların önünü kəsmiş, söyüşlər söyüb təhqir edərək Ləmanı maşından düşürmüşdür. Bundan başqa, İlhamda onun səs yazılar var idi və İlham onu həmin səs yazıları ilə şantaj etdiyi üçün İlhamın yaşadığı evə getmiş və İlham evdə olmadığı üçün anasına İlhama sahib çıxmalarını bildirmişdir. Küçədə gələrkən İlham və atasını görmüş və onlar yenə də onu söyüb təhqir edərək hədələmişlər. İlham onun üzərinə gləmək istədikdə atası İlhamı çəkib evlərinə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon prokurorunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 mart 2025-ci il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməsinə dasir qərar qəbul edilmişdir. Ağdaş rayon X6 Bölməsinin təhqiqatçısı X1 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2025-ci il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs və Şahid 04 fevral 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinə müraciətlərində göstərdikləri xüsusatlar toplanmış materialda öz təsdiqini tapmadığı müəyyən edilmiş və cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ağdaş rayon prokurorunun böyük köməkçisi X2 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərarının surətindən görünür ki, 06 fevral 2025-ci il və 03 mart 2025-ci il tarixlərində X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidməti-zəng mərkəzinə müraciət edərək, X3 dəfələrlə onu narahat etməsi barədə vermiş olduğu məlumat araşdırılmış və Şəxs Şahid ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırılması hallarının olmadığı, sonuncunun ümumiyyətlə özünə xəsarət yetirmədiyi müəyyən edildiyindən həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsində (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraatın açılması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokuroruna təqdim edilmişdir. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş DVD disklərə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs həqiqətən Zərərçəkmiş şəxs təqib etmiş, onu şantaj, nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə, proses tərəflərinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3 cü maddəsinə əsasən məişət zəminində fiziki zorakılıq - bu Qanunun 4cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması başa düşülür. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən məişət zəminində psixi zorakılıq - bu Qanunun 4cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri başa düşülür. Beləliklə, Şəxs məişət zəminində Zərərçəkmiş şəxs qarşı psixi zorakılığa, qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə yol verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4.-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsində şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-148/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-148/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver