Məhkəmə qərarları › İş №3(014)-15/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-15/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-15/2021 19.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmiş, qanuni qüvvəyə minmiş qərarları 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan, icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmamasını xahiş etməmişdir. Hesab edirəm ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı və xx.xx.2020ci il tarixli, EQ ******* saylı X1 Protokollardan görünür ki, «TOYOTA COROLLA» minik markalı, **-VC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində inzibati xəta haqqında protokolllar tərtib edilmiş və cərimə olunması barədə qərar qəbul edilmişdir. Sözügedən qərarın və cərimənin ödənilməsinə dair bildirişlərin surətini almasına baxmayaraq, qanunla müəyyən edilmiş müddətdə cəriməni dövlət büdcəsinə ödəməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli, №712370472 və №712370469 saylı ödəniş qəbzlərindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 7/8-də yaşayan Şəxs AR İXM-nin 328.1ci və 329.1-ci maddələrinə əsasən barəsində tərtib olunmuş inzibati protokola görə 50 AZN cərimə, 30 AZN dəbbə pulu, cəmi 80 AZN (səksən) manat cərimə borcunu hökümət ödəniş portalı vasitəsi ilə ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128.2.1, 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar