Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-151/2021 12.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-2078/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs yaranmış 1725.32 manat aliment borcunu X2 ödəməlidir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən onun barəsində xx xxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-2078/18 saylı icra vərəqəsinə əsasən Şəxs 1725.32 manat borcu X2 ödəməli olduğunu imkanı olmadığına görə tələb olunan borcu ödəyə bilmədiyini, buna görə də 1725.32 manat borcunun yarandığını, ancaq hal-hazırda imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini, məhkəmə zalında 700 manat ödədiyini, qalan borcunu Hissəhissə ödəyəcəyini və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında xx xxxxxxx 2018-ci il tarixdə icraatına Ağdaş Rayon Məhkəməsinin 2(014)-2078/18 saylı icra vərəqəsinə əsasən Şəxs X4 1725.32 manat borcu yarandığını, ondan həmin borcu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini, məhkəmədə işə baxılarkən borclu Şəxs məhkəmə zalında borcundan 1725.32 manat ödədiyini, qalan 700 manat aliment borcunu xx xxxxx 2021-ci ildə ödəyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş xx xxxxx 2021-ci il tarixli ərizədən göründüyü kimi Şəxs Ağdaş rayon məhkəməsinin 2(014)-2078 saylı, xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən olan 1725.32 manat borcundan 700 manat məhkəmə zalında ödəmiş, qalan borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. İş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-2078/18 saylı xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsi xx xxxxxxx 2018-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, iş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraatına daxil olduqdan sonra borclu Şəxs həmin icra vərəqəsi üzrə 1725.32 manat borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış pul borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcundan 700 manat məhkəmə zalında ödəmiş, qalan borcunu hissə-hissə tələbkara ödəyəcəyini bildirmişdir. Bununla da borclu tərəfindən inzibati xətanın tərkibini yaradan hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-151/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-151/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver