Məhkəmə qərarları › İş №3(014)-152/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-152/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-152/2024 03.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Xətai rayon DYPŞ-nın polis kapitanı X1 tərəfindən İXP ******* saylı, 08 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqında protokol tərtib olnmuş şəxs Şəxs Ağdaş rayonu ərazisində deyil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs üzərinə düşən öhdəliyi icra etməməklə (yəni hərəkətsizlik göstərməklə) barəsində təyin olunmuş inzibati cəriməni ödəməmişdir. Göründüyü kimi barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Bakı şəhəri, Xətai rayonu inzibati ərazisində, yəni Şəxs yaşadığı ünvanda törədilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110, 112-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar