Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-153/2022 30.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Ağdaş rayonunun Yuxarı Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01.03.2022-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı Ağdaş rayonunun Qəsil kəndində yerləşən evin həyətində oğlu Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi X3 28 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 30.03.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 2011-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından iki övladları olmuşdur. X11 ailə münasibətlərinin yolunda getmədiyi üçün əri Eşqindən rəsmi qaydada ayrılmaq qərarına gəlmişdir. Buna görə də övladları ilə birlikdə Ağdaş rayonu Qəsil kəndində yaşayan atasının yaşadığı evə getmişdir. 01.03.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində övladları ilə birlikdə atasıgilin yaşadığı evdə olan zaman xx.xx.2012-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs ağlayaraq onun yanına gəlmişdir. Oğlu Ərhandan nəyə görə ağladığını soruşmuş bu zaman oğlu Ərhan ona həyətdə oynayan zaman yıxılmasını və belini qarğının kəsməsini bildirmişdir. Dərhal oğlu Ərhanın bel nahiyəsinə ağrıkəsici dərman vurmuş və bint vasitəsi ilə sarımışdır. Daha sonra 03.03.2022-ci il tarixdə təxminən 15:00 radələrində hazırda boşanmaq üzrə olduğu əri Eşqin Cəfərov onun hazırda yaşadığı atasına məxsus evə gəlmişdir. Həmin vaxt onunla mübahisə etmiş və sonra Eşqin Cəfərov onun övladlarını da götürərək yaşadığı Ağdaş rayonunun Kotanarx kəndində yerləşən evinə getmişdir. Bundan sonra Eşqin Cəfərov DİNin 102 xidmətinə müraciət edərək guya onun öz doğma oğlu Zərərçəkmiş şəxs döyməsi barəsində məlumat vermişdir. Eşqin Cəfərov müraciətində göstərdiyi xüsusatlar həqiqət deyildir. Şər və böhtandır. Onun doğma oğlu xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun tərəfindən döyülməsi atası Eşqin Cəfərov tərəfindən qəsdən öyrədilmişdir. Oğlu Zərərçəkmiş şəxs vurmamış və oğluna heç bir xəsarət yetirməmişdir. X8 boşanmaq istəyir, lakin əri Eşqin Cəfərov buna razı olmadığı üçün müxtəlif bəhanələrlə onun boşanma ərizəsini geri götürməsinə vadar etmək istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs 01.03.2022-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı Ağdaş rayonunun Qəsil kəndində yerləşən evin həyətindı oğlu Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-X12 X2 11.03.2022-ci il tarixli, 160 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol bel nahiyəsinin sıyrığı, onurğa sütununun bel şöbəsi troeksiasının sıyrıqdan sonrakı ləkəsi, küt alət təsirindən törənmiş, törəmnə müddətləri 03.03.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər oİduqlarından dərəcələri təyin edilmir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 30.03.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-153/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-153/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver