Məhkəmə qərarları › İş №3(014)-154/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-154/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-154/2021 02.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Kərim qızı ilə bacısı Şəxs Kərim qızı arasında birincinin yaşadığı evdə mübahisə baş vermiş, mübahisə vəaxtı Şəxs Həqiqqət Əhmədovaya sağlamlığına zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2021ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ilə bacısı Şəxs arasında mübahisə baş vermiş, mübahisə vaxtı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs sağ kürək sahəsinin əzilməsi xəsarəti ilə Ağdaş RMX-na müraciət etmişdir. Ağdaş RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X1 xx xxxx 2020-ci il tarixli qərarı ilə, Qəbələ şəhəri İ.Qutqaşınlıprospekti ev-2 də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X5 izah etdi ki, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ilə bacısı Şəxs arasında birincinin yaşadığı evdə mübahisə baş vermiş, mübahisə vəaxtı Şəxs Həqiqqət Əhmədovaya sağlamlığına zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Həqiqətin onun bacısı olduğunu, münasibətlərinin yaxşı olmadığını, belə ki, Həqiqətin qızının 11 ildir ki, onun oğlu Orxanla ailəli olduğunu, xx.xx.2021-ci il tarixdə oğlunun işdən gəlib yoldşaının yemək bişirmədiyini, xəmir yoğurduğunu gördüyünü, oğlu Orxanın arvadına niyə bütün günü yemək bişirmədiyini, xəmiri vaxtında yoğurmalı olduğunu söylədiyini, arvadının da Orxana “bütün günü oynamışam” deyərək cavab verdiyini, arvadının bu cavabının Orxanın xoşuna gəlmədiyini, ona görə də, oğlu Orxanın qaynatası Rəşidə zəng edib onlara gəlməsini söylədiyini, Rəşidin də həmin gün axşam saat 18 radələrində onların yaşadığı evə gəldiyini, oğlu Orxanın Rəşidə qızına tərbiyə verməsini söylədiyini, bu mövzuda evdə söz-söhbət olduğunu, Rəşidin də həmin vaxt qızına yığışmasını, onu öz evinə aparacağını söylədiyini, həmin vaxt ərinin Rəşidə qızını aparmamasını, ailəni dağıtmamasını söylədiyini, Rəşidin də onun ərinə 1 həftə qalıb sakitləşəndən sonra geri qaytaracağını söylədiyini, həmin gündən gəlini Mətanətin balaca uşağını da götürüb atası evinə getdiyini və indiyədək geri qayıtmadığını bildirmişdir. Həmçinin o, izahatında xx.xx.2021-ci il tarixdə Ağdaşa getmədiyini və orada heç bir davadalaş etmədiyini, xx.xx.2021-ci il tarixdə Ağdaşda yaşayan qızının evinə də getmədiyini, Həqiqətin dediklərinin yalan olduğunu bildirmişdir. Məkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, Gülərin onun bacısı olduğunu, əvvəllər aralarında ciddi bir problemin olmadığını, lakin sonradan Gülərin onun qızını öz oğluna aldıqdan sonra münasibətlərinin pisləşdiyini, buna səbəb Gülərin onun qızı ilə dolanmamasının olduğunu, dəfələrlə aralarında narazılıq və mübahisələrin olduğunu, qızının yığışıb onu evinə gəldiyini, sonradan qızının ərinin gəlib onu geri apardığını, sonuncu dəfə Gülərlə mübahisələrinin xx.xx.2021-ci il tarixdə baş verdiyini, belə ki, həmin gün saat 14 radələrində Gülərin onun yaşadığı evə gəldiyini, Gülərin həmin vaxt oun yoldaşı Rəşidə gedib qızına ağıl verməsini, qızının onu saymadığını, öz bildiyini etdiyini, evdə iş görmədiyini söylədiyini, yoldaşı Rəşidin də ona qızının artıq 11 ildir ki, onun evində yaşamasını, niyə dolanmadıqlarını söylədiyini, həmin vaxt Gülərin divanın üstündə olan telefonu görüb niyə onun səsini yazmalarını söylədiyini, Gülərə telefonun sadəcə divanın üstünə düşüb qalmasını, onun səsini yazmağın heç kimə lazım olmadığını söylədiklərini, həmin vaxt Gülərin onunla mübahisə etməyə başladığını və telfonu götürüb onun başına vurduğunu, yoldaşı Rəşidin də tez araya girib telefonu Gülərin əlindən aldığını və onu evdən çıxararaq bura niyə gəlməsini, dava etməyə gəlməsini söylədiyini, bundan sonra kürəkəninin Qəbələdən zəng edib gəlib qızlarını aparmalarını, yoxsa pis olacağını söylədiyini, yoldaşı Rəşidin də qızı ilə işinin olmamasını, gəlib aparacağını söylədiyini, bundan sonra Gülərin ərinin zəng edib oğlu Orxanın sözünə aldanıb gəlməməyi söylədiyini, ata və oğulun ayrı-ayrı sözlər danışmasını görüb Gülərlə gedib bu barədə söhbət etmək istədiyini, Gülərin həmin vaxt yaxınlıqda yaşayan qızının evində olmasını, həmin evə gedib həyətdən Güləri çağırdığını, həmin vaxt Gülər qapıdan çıxan kimi əlindəki taxta parçası ilə onun kürəyindən vurduğunu, bir anlığa özünü itirdiyini, Gülərin sonra ayaq və digər nahiyələrindən bir neçə dəfə vurduğunu, sonra Gülərin kürəkəni gəlib onu evə apardığını, bundan sonra axşam saatlarında yoldaşı Rəşidlə birlikdə Qəbələ şəhərinə getdiklərini, qızını və nəvəsini götürüb geri qayıtdıqlarını, ertəsi gün kürəyinin bərk ağrıdığı üçün Ağdaş RMX-na müraciət etdiyini bildirmişdir. Həmçinin o, izahatında Gülərin bir dəfə telefonla onun başına, sonra da taxta parçası ilə bir neçə dəfə kürəyinə, ayağına və digər nahiyələrinə vurduğunu, aralarındakı mübahisənin əvvəlcə yaşadığı evdə, sonra isə Gülərin qızının yaşadığı evin qarşısında baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa ailə üzvlərinin olduğunu bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 89 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ kürək nahiyənin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladırıcı hallarının olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1969-cu il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qəbələ şəhəri, X8 prospekti ev 2-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar