Məhkəmə qərarları › İş №3(014)-154/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-154/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-154/2022 01.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 28 yanvar 2022-ci il tarixdə yaşadığı Ağdaş rayonu Pirəyir kəndində yerləşən evdə bacısı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X1 04 mart 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibinin olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin sahə rəisi X2 18 mart 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin müəyyən səbəblərdən Şəxs Ağdaş RPŞ-nə gəlməsinin mümkün olmaması və müddətin tamam olması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, 01.04.2022ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədiyini, evli olduğunu, heç bir yerdə işləmədiyini, Zərərçəkmiş şəxs onun doğma bacısı olduğunu, Xanımın iki dəfə ailə həyatı qurduğunu, Xanımın ikinci həyat yoldaşı ruhi xəstə olduğundan 07 mart 2021-ci il tarixdə Pirəyir kəndinə onlarn yanına gəldiyini, Zərərçəkmiş şəxs evə gələn zaman atası Xəlifə Musayevn onun mobil telefonunu əlindən aldığını və ondan mobil telefon işlətməməsini tələb etdiyini, 28 yanvar 2022-ci il tarixdə evdə olduğunu, bu zaman Xanımın gizlin şəkildə mobil telefon işlətməsinin müəyyən edildiyini, atası Xəlifənin Mehribandan telefonu Xanımdan almasını tələb etdiyini, Xanımın mobil telefon işlətmədiyini bildirdiyini, lakin Mehriban Xanımdan mobil telefonu alıb atası Xəlifəyə verdiyini, həmin gün gecə saatlarında Xanımın yaşadıqları evi tərk etdiyini, Xanımın onun barəsində yazdıqlarının şər və böhtan xarakterli olduğunu, Zərərçəkmiş şəxs yalan danışdığını, onun heç bir halda Xanıma qarşı zorakılıq etmədiyini, Xanımın təhrif olunmuş izahat verərək onun həbs edilməsini istədiyini, Xanımın o, həbs edildikdən sonra sərbəst hərəkət edəcəyini fikirləşdiyini, onun Xanımla cinsi əlaqədə olmadığını və Xanımın ondan hamilə qalmadığını, həmçinin hamiləliyini sonladırmaq üçün Xanıma dərman preparatları vermədiyini, Xanıma qarşı heç bir cinsi zorakılıq etmədiyini və onu bıçaqla hədələmədiyini, Xanımın ona şər atdığını, heç vaxt Zərərçəkmiş şəxs döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, həmçinin atası Xəlifənin Xanımı öldürməklə hədələmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, o, evli olduğunu, heç bir yerdə işləmədiyini, rayon prokurorluğuna şikayət ərizəsini o, yazdığını, Vüqar Əliyev ilə 5 il bundan əvvəl ailə həyatı qurduğunu, Vüqar Əliyev ruhi xəstə olduğu üçün onunla münasibətlərinin pisləşdiyini və buna görə 07 mart 2021-ci il tarixdə atası evinə qayıtdığını, əri Vüqar Əliyevin hazırda 1 saylı Psixiatriya xəstəxanasında stasionar qaydada müalicə aldığını, 07 mart 2021-ci il tarixdə ata evinə gəldikdən sonra qardaşı Şəxs ona müxtəlif tarixlərdə cinsi zorakılıq göstərərkən onunla cinsi əlaqədə olduğunu, təxminən mart ayının 14-də gecə saatlarında Şəxs onun yatdığı otağa gəldiyini və bıçağı onun boğazına dirəyib onunla cinsi əlaqədə olduğunu, Şəxs onunla cinsi əlaqədə olan zaman əlləri ilə ağzını tutduğunu və qışqırmağına icazə vermədiyini, hadisənin növbəti günü bu barədə atası Xəlifə Musayevə məlumat verdiyini, Xəlifə Musayevin ona acıqlandığını və qardaşına şər atdığını söylədiyini, bundan sonra Şəxs müxtəlif tarixlərdə onunla iradəsinə zidd olaraq zorakılıqla cinsi əlaqədə olduğunu, 2021-ci ilin aprel ayında onun hamilə olduğunu öyrəndiyini, Şəxs ona dərman alaraq hamiləliyini sonlandırdığını, Şəxs onu zorlamasını anası Ətiqə Musayevanın gördüyünü, Əntiqə Musayevanın da qardaşı Şəxs müdafiə etdiyini və ona şər atdığını söylədiyini, o, ata evində rastlaşdığı cinsi zorakılıqdan bezdiyi üçün iki dəfə evdən qaçmağa cəhd etdiyini, lakin qardaşının onu saxladığını, sonuncu dəfə 28 yanvar 2022-ci il tarixdə qardaşı Şəxs onun yatdığı otağa gəldiyini, əlindəki bıçağı onun boğazına dirəyərək onunla zorla cinsi əlaqədə olduğunu, belə ki, Şəxs otağa daxil olduğunu və onu əli ilə oyatdığını, oyanan zaman Vüqarın əlində bıçaq gördüyünü, Vüqarın bıçağı onun boğazına dirəyib ondan çölə çıxmağını istədiyini, bu zaman əynində gecə geyimi olduğunu, evin giriş qapısının yanında Vüqarın onun alt paltarını çıxartdığını və onunla cinsi əlaqədə olmağa cəhd etdiyini, lakin ona qışqırıb müqavimət göstərdiyini, Vüqarın əlindəki siqareti onun qoluna basdığını, eyni zamanda Vüqarın onun bədəninin müxtəlif hissələrinə xəsarətlər yetirdiyini, qışqırtısına ailə üzvlərinin yəni, atası Xəlifə Musayevin, anası Əntiqə Musayevanın, gəlinləri Mehriban Musayevanın, qardaşı Vüsal Musayevin, Vüsalın həyat yoldaşı Ayselin gəldiyini, qeyd etdiyi şəxslərin onun alt paltarının çıxarıldığını gördüklərini, atası və anasının onun üzərinə qışqırdıqlarını və günahın onda olduğunu bildirdiklərini, bundan sonra əyninə üst paltarı geyinib evdən qaçdığını, gecəni çöldə keçirdiyini, növbəti gün Qəbələ rayonunda olan tanışı Ərəstunun yanına getdiyini, hazırda onun Qəbələ rayonunda kirayə tutduğu mənzildə yaşadığını, Şəxs o, ata evinə gəldikdən sonra yəni, 2021-ci ilin mart ayının 7sindən sonra müxtəlif tarixlərdə yaşadığı Ağdaş rayonu Pirəyir kəndində yerləşən fərdi yaşayış evində onu zorladığını, bu barədə ailə üzvlərinin məlumatı olsa da onların heç bir tədbir görmədiklərini, belə ki, ailə üzvlərinin onun iki dəfə ərdə olduğunu, hər ikisindən boşandığı üçün onları biabır etdiyi düşündüklərini və ona qarşı aqressiv mövqedə ololduqlarını, hazırda Şəxs ilə barışmadığını və ondan şikayətçi olduğunu bildirdi. İş üzrə şahid X3 məhkəmə islasında evli olduğunu, heç bir yerdə işləmədiyini, Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs onun doğma qızı olduğunu, Xanım iki dəfə ailə həyatı qurduğunu, Xanımın ikinci həyat yoldaşı ruhi xəstə olduğundan 07 mart 2021-ci il tarixdə Pirəyir kəndinə onun yanına gəldiyini, Zərərçəkmiş şəxs yaşadığı evə gələn zaman onun Xanımın mobil telefonunu əlindən aldığını və ondan mobil telefon işlətməməsini tələb etdiyini, yanvar ayının sonlarında övladları Xanımın gecə saatlarında mobil telefon ilə danışdığını bildirdiyini, Xanımı yanına çağırdığını və ondan mobil telefon işlədib-işlətməməsini soruşduğunu, Xanımın ona mobil telefondan istifadə etmədiyini dediyini, bundan sonra gəlini Mehribana get Xanımdan telefonu götür dediyini, Mehribanın Xanımdan mobil telefonu aldığını, həmin gün yəni, 28 yanvar 2022-ci il tarixdə gecə saatlarında Xanımın yaşadığı evi tərk etdiyini, buna görə 102 xidmətinə zəng edib Zərərçəkmiş şəxs itkin düşdüyünü bildirdiyini, oğlu Şəxs qızı Zərərçəkmiş şəxs döymədiyini, onun bədənində olan xəsarətlərin bəlkə evdən qaçıb gedəndə aldığını, son vaxtlar qızı Zərərçəkmiş şəxs psixi pozğunluqların olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, zərərçəkmiş şəxsin izahatı, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin, Ağdaş rayon şöbəsinin 05.02.2022-ci il tarixli 84 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər -sol saidin yuxarı 1/3-nin iç səthinin, sol dirsək oynağının arxa səthinin, sol budun orta 1/3-nin ön sıyrıqları, sağ budun yuxarı 1/3-nin iç səthinin, sol qalça tini nahiyəsinin qançırları, küt alətin təsirindən törənmiş, törənmə müddətləri 5-6 gündən çoxdur, sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 01.04.2022-ci il tarixli **********9 №-li arayışdan görünür ki, Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsin 2 saylı X9 filialından İİ dərəcə əlilliyə görə müddətsiz kimi hər ay 180.0 manat sosial müavinət alır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbehi tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1990-cı ildə Ağdaş rayonu, Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Pirəyir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat məbləğində cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar