Məhkəmə qərarları › İş №3(014)-155/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-155/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-155/2021 02.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:50 radələrində Ağdaş rayonu,Orta Ləki kəndində,aralarında baş vermiş şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərərvurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Ağdaş rayon RPŞ İQ-in müstəntiqi S.Bağırovun xx xxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Ağdaş rayon RPŞ İTB-nin sahə rəisi polis leytenantı M.İsmayılov həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək Ağdaş rayonu, Orta Ləki kəndində 20 ha əkin sahəsi olduğunu, Göyçay rayon sakini Zərərçəkmiş şəxs ilə şifahi razılaşmalarına əsasən torpağın 1 hektarını 50 manatdan ona icarəyə verdiyini, Zəhraxanımın əvvəlcədən ona 500 manat pul verdiyini, qalan pulu da əkin qurtardıqdan sonra verəcəyini bildirdiyini, xx.xx.2020-ci il tarixdə Zəhraxanımın sonuncu dəfə biçdiyi arpanı aparmalı olduğunu, özü ilə Kamaz sürücüsü Vasif adlı şəxsi də gətirdiyini, onlara pulunu verməsini, sonra sahəyə girmələrini bildirdiyini, kamazın sürücüsü Vasif adlı şəxsin də ona sonuncu marşurutda onun pulunu verməsə Kamazı sürməyəcəyini və onun qapısında saxlayacağını bildirdiyini, belə olub razılaşdıqlarını, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində onlar sonuncu arpanı da yığıb gedərkən Kamazın sürücüsünün onun qapısına gəldiyini, Zəhraxanıma onun pulunu verməsini söylədiyini, Zəhraxanımın da pulu verməyəcəyini bildirdiyini, Vasif adlı şəxsin də Kamazı orada saxlayıb özü çıxıb getdiyini, bundan sonra onların çıxıb getdiklərini, xx.xx.2020-ci il tarixdə saat təxminən 13 radələrində Zəhraxanım, Vasif və yanlarında iki üç nəfər tanımadığı ağsaqqallarla gəldiklərini, onun 500 manat pulunu verdiklərini, sonra isə Vasifin kamazı sürüb çıxıb getdiklərini bildirərək, Zəhraxanımı vurmadığını, Zəhraxanımın ümumiyyətlə Kamazdan yerə düşmədiyini, Zəhraxanımın xəsarəti necə almasını da bilmədiyini, Zəhraxanımın onu şərlədiyini bildirərək, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş rayonu Orta Ləki kəndində yaşayan Tacəddinlə bir tanışı vasitəsilə tanış olduğunu, Tacəddindən Ağdaş rayonu Orta Ləki kəndində 20 ha torpaq sahəsini arendaya götürdüyünü, ümumilikdə 1000 manata danışdıqlarını, 1000 manat pulun 500 manatını əvvəlcə verdiyini, sonra isə torpaq sahəsində arpa əkdiyini, lakin daha sonra torpaq sahəsinin Tacəddinə məxsus olmadığını bildiyini, xx.xx.2020-ci il tarixdə arpa bitkilərini biçdirirdiyini, həmin vaxt Tacəddinin gəldiyini, ona qalan 500 manat pulu verməsini dediyini, Tacəddinin həmçinin də ondan arpa istədiyini, ona pulunu verəcəyini, arpa verməyəcəyini dediyini, odur ki,aralarında mübahisə yarandığını, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 02 radələrində sahədən çıxdıqlarını, bu zaman Tacəddinin qarşılarını kəsdiyini, Tacəddinin ondan torpağın pulundan əlavə arpa istədiyini, Maşının buradan getməyəcini, buraya boşalacağını bildirdiyini, onun torpağını arenda pulunu verəcəyini, ona arpa verməyəcəyini dediyini, Tacəddinin də onları buraxmadığını, öz idarə etdiyi avtomobillə onların qarşısını kəsdiyini, avtomobilindən düşüb gəlib Kamazın sürücüsü Vasifi və işçisi Eldarı döydüyünü,daha sonra Tacəddin və onun ailə üzvləri,Tacəddinin xalası onun üzərinə hücum etdiyini, Tacəddinin atasının kamazın qarşısına uzandığını,Tacəddinin onu döyərək,onun bədəninin müxtəlif yerlərinə vuraraq onun əlindən malını almaq istədiyini odur ki, onların polisə zəng edərək canlarını bir təhər Tacəddin və onu ailəsinin əlindən qurtardığını bildirərək, hazırda Şəxsla barışmadığını qeyd edərək, Şəxs şikayətçi olduğunu və barəsində ən ağır cəza tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş 333 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər boynun arxa səthinin yumşaq toxumalarının əzilməsi, hər iki sarğı nahiyyəsinin geniş qançırları,küt alət təsirindən törənmiş törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlirəm ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1986-cı ildə Ağdam rayonu,Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonu,Qiyaslı kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar