Məhkəmə qərarları › İş №3(014)-155/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-155/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-155/2023 09.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə Ağdaş şəhəri, Nizami küçəsində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 08 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Xəqani Quliyev onun oğludur. Təxminən 4 ildir ki, Rusiya vətəndaşı X12 ilə ailə həyatı qurmuşdur. Lakin onunla aralarında söz-söhbət və mübahisələri olduğu üçün son bir aydır ki, oğlu Xəqani Quliyev onunla birgə yaşadığı evdən ailəsi ilə birgə çıxaraq, Ağdaş şəhəri Maşad küçəsində kirayədə yaşayır. Həmçinin o, qardaşı X4 ilə qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə o, qardaşı Qulu Quliyevə zəng edərək “mənim gəlinim X7 həyat yoldaşın Zərərçəkmiş şəxs bizdən xəbərsiz heç yerə aparmasın, lazım olarsa biz İnna Quliyevanı istədiyi yerə apara bilirik”, sözlərini söyləmişdir. Bundan sonra qardaşı Qulu Quliyev onu telefonda təhqir edərək “çıx qapıya söhbət edək” sözünü demişdir. Həmin vaxtı o, qapıdan küçəyə çıxan zaman qardaşı Qulu Quliyev və onun arvadı Təranə Quliyeva həyətə daxil olmuşlar. Yaşadıqları evin həyətində onu təhqir etmişlər və həyat yoldaşı Şamama Quliyevaya əl-qol atan zaman o da özünü müdafiə etmək məqsədilə Şəxsanın saçından tutmuşdur. Həmin vaxtı kürəkənləri X9 və X2-küyə görə onlara yaxınlaşmışlar. Dava-dalaş etməmələri üçün onları ayırmışlar. Aralarında yaranmış dava-dalaş zamanı o və ya onun arvadı Şamama Quliyeva, qardaşının arvadı Təranə Quliyevanı döyməmiş, ona heç bir xəsarət yetirməmiş və onu təhqir etməmişlər. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qayınıdır. X10 onun qaynı oğludur. X10 təxminən 4 ildir ki, Rusiya vətəndaşı X12 ilə ailə həyatı qurmuşdur. X10 atası Şəxs aralarında söz-söhbət və mübahisələri olduğu üçün son bir aydır ki, Xəqani Quliyev valideynləri ilə birgə yaşadığı evdən ailəsi ilə birlikdə çıxaraq Ağdaş şəhəri Maşad küçəsində kirayədə yaşayır. Qayını Şəxs də onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı evin mətbəxindən həyətə düşən zaman, həyat yoldaşı X4 ona “qardaşım Şəxs mənə zəng edərək bildirdi ki, mənim gəlinim X7 həyat yoldaşın Zərərçəkmiş şəxs bizdən xəbərsiz heç yerə aparmasın, lazım olarsa biz İnna Quliyevanı istədiyi yerə apara bilirik” söyləmişdir. Həmin vaxt həyat yoldaşı Qulu Quliyevə, “Şamamanın oğlu Xəqaniyə zəng et və ona de ki, mənim günahım yoxdur amma anan Şamama məndən əl çəkmir, mənimlə dalaşırlar” sözlərini bildirmişdir. Bundan sonra həyətin giriş qapısının döyüldüyü üçün küçəyə çıxmış və qayını Şəxs və Şamama Quliyevanın öz yaşadıqları həyətin giriş qapısında küçədə dayandıqlarını görmüşdür. Şamama Quliyeva onun üzərinə gələrək iki əli ilə saçından tutub dartaraq aparıb həyətlərinə salmış, saçından dartaraq həyətlərindəki gər ağacının altında onu yerə yıxmışdır. Həmin vaxtı başını qaldırıb baxdıqda qayını Şəxs, onun həyat yoldaşı Şamama Quliyeva, kürəkənləri Sadiq və Knyaz adlı şəxslərin də başının üstündə olduğunu görmüşdür. Şəxs sağ kürək nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Dava-dalaş zamanı digər qayını X1 onu Təranə Quliyevanın yaşadığı həyətdən çıxarıb öz yaşadığı evin həyətinə aparmış və bundan sonra aralarındakı davadalaş və mübahisə sakitləşmişdir. Hazırda barışmamışlar və Taryel barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X11 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə Ağdaş şəhəri, Nizami küçəsində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar