Məhkəmə qərarları › İş №3(014)-155/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-155/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-155/2025 01.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis X2 Bölməsinin sahə rəisi X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də yardımçı fəhlə işləyən, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında küçədə və inzibati binanın daxilində ucadan qışqırıb, səs-küy salaraq xırda xuliqanlıq etmiş, ona yaxınlaşan qanunun tələbini ona izah edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında küçədə və inzibati binanın daxilində ucadan qışqırıb, səs-küy salaraq xırda xuliqanlıq etmiş, ona yaxınlaşan qanunun tələbini ona izah edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə o, faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonunda kirayədə qaldığı evdən çıxıb anasıgilə gedərkən yolda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun barəsində şikayət olduğu üçün onun izahatının alınması üçün Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, avtomobilə əyləşmək istəməmiş, lakin sonradan əyləşib polis əməkdaşları ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsinin qarşısında şöbəyə daxil olmaq istəməmiş və polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Daha sonra onu polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Tutduğu əməldən peşmandır və bir daha belə əmələ yol verməyəcəkdir. Onun xəstə anası və iki övladı var, məhkəmədən ona köməklik edilməsini xahiş edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X9 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək “İnstagram” sosial şəbəkəsində tanıdığı şəxsin vətəndaşın məlumatlarını ələ keçirərək 5000 manat pul istəməsini, verməyəcəyi halda digər şəxslərlə olan mesajlarını ailə üzvlərinə göstərəcəyi ilə şantaj etməsini bildirməsi ilə bağlı RPŞ-in ТВ-in baş təhqiqatçısı polis mayoru Vüsal Əzənmədovun xx.xx.2025-ci il tarixli raport daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı aparılmış araşdırma zamanı ünvan 5nvanında yaşayan X5 pul tələb edən şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsi ev 127-də qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Şəxs olması müəyyən edilərək o, Ağdaş RPŞ-in CAB-in əməliyyat müvəkkili polis leytenantı Kaman Qələndərov ilə birlikdə Bakı şəhərinə ezam olunaraq Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerini müəyyənləşdirərək ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Ağdaş RP$-in ТВ-də barəsində aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş RPS-nə dəvət edərək gətirən zaman o Ağdaş şəhəri M.İsayev küçəsində Ağdaş RPS-in inzibati binasının qarşısında ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başladı onlar həmin şəxsdən sakit olmasını ictimai qaydanı pozmamasını tələb etsələr də sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq RPŞ - nə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdi. Həmin şəxsin əməlində Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması halları olduğuna görə onlar həmin şəxsi nizam-intizama dəvət edib Ağdaş RPŞ-nə gətirərək Növbətçi Hissəsinə təhvil vermişlər. İş materiallarında olan 30 mart 2025-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Cəsur Hümbətov tərəfindən Ağdaş Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı İlkin Hüseynova ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 5nvanında yaşayan X9 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək "İnstagram” sosial şəbəkəsində tanıdığı şəxsin vətəndaşın məlumatlarını ələ keçirərək 5000 manat pul istəməsini, verməyəcəyi halda digər şəxslərlə olan mesajlarını ailə üzvlərinə göstərəcəyi ilə şantaj etməsini bildirməsi ilə bağlı RPŞ-ın ТВ-in baş təhqiqatçısı polis mayoru Vüsal Əzənmədovun xx.xx.2025-ci il tarixli raportu daxil olmuşdur. Daxil olmuş raportun icrası ilə bağlı aparılmış araşdırma zamanı ünvan 5nvanında yaşayan X5 pul tələb edən şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsi ev 127-də qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Şəxs olması müəyyən edilərək o, Ağdaş RPŞ-in CAB-in əməliyyat müvəkkili polis leytenantı Kaman Qələndərov ilə birlikdə Bakı şəhərinə ezam olunaraq Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerini müəyyənləşdirərək ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Ağdaş RPŞ-in ТВ-də barəsində aparılan araşdırma ilə bağlı izahatının alınması zərurətinin yarandığını bildirərək onu Ağdaş RPŞ-nə dəvət edərək gətirən zaman o Ağdaş şəhəri M.İsayev küçəsində Ağdaş RPŞ-in inzibati binasının qarşısında ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başladı onlar həmin şəxsdən sakit olmasını ictimai qaydanı pozmamasım tələb etsələr də o, onların qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq RPŞ-nə getməyəcəyini bildirərək öz əməllərini davam etdirdi. Həmin şəxsin əməlində Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması halları olduğuna görə onlar həmin şəxsi nizam-intizama dəvət edib Ağdaş RPŞ-nə gətirərək Növbətçi Hissəsinə təhvil vermişlər və həmin şəxs öz əməllərini Ağdaş RPŞ-in inzibati binasında da təkrarladı. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 30 mart 2025-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 30 mart 2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar