Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-156/2022 05.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə xx.xx.1970-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 3/7 saylı evdə qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 05 aprel 2022-ci il tarixdə saat 12:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində 05 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o 04.04.2022-ci il tarixdə saat 22:30 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində, ictimai yerdə, çoxlu sayda insanların yanında qardaşı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 izah etdi ki, Şəxs 04.04.2022-ci il tarixdə saat 22:30 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində, ictimai yerdə, çoxlu sayda insanların yanında qardaşı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış, inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşı, Zərərçəkmiş şəxs2 isə onun oğludur. O, Anarı və Azadı söyüb təhqir etməmişdir. Onun barəsində yalandan polisə ərizə yazmışlar. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərmişdir ki, Şəxs onun qardaşıdır. 04.04.2022-ci il tarixdə saat 22:30 radələrində qardaşı Elşən Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində çoxlu sayda insanların yanında onu və qardaşı oğlu Azadı nalayiq ifadələrlə söyərək təhqir etmişdir. Buna görədə Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında göstərmişdir ki, Şəxs onun atasıdır. 04.04.2022-ci il tarixdə saat 22:30 radələrində atası Elşən Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində çoxlu sayda insanların yanında onu və əmisi Anarı nalayiq ifadələrlə söyərək təhqir etmişdir. Buna görədə Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 04 aprel 2022-ci il tarixdə saat 23:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli zərərçəkmiş şəxslərin ifadələri və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 04 (dörd) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 04 aprel 2022-ci il tarixdən saat 23:15-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-156/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-156/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver