Məhkəmə qərarları › İş №3(014)-156/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-156/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-156/2023 09.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1972-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə saat 17:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndində şəxsi münasibətlər zəminində X4 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 03 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X6 onun qardaşıdır. Onlar bir həyətdə, lakin başqa evlərdə qaşayırlar. Qardaşı Məhəmməd ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş verməmiş, lakin son vaxtlar qardaşı ilə aralarında tez-tez mübahisə və söz-söhbətlər baş verir. Buna səbəb qardaşının anasına baxmaması, anasının adına olan sayğacdan gələn qazdan istifadə edərək qaz pulunu verməməsi və anasının məcbur qalıb hamının qaz pulunu ödəməsidir. O, öz hesabına hər kəsin evinə ayrı-ayrı qaz çəkdirib sayğac qoydurduğuna görə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində qardaşı onunla mübahisə etmişdir. Qardaşı Məhəmməd ilə onun arasında heç bir dava-dalaş baş verməmiş, o, qardaşı Məhəmməd vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt onların aralarında yalnız söz mübahisəsi baş vermiş, mübahisə zamanı o, qardaşı Məhəmmədə nalayiq ifadələr işlətməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs tanıyır. Onun doğma qardaşıdır. Qardaşı ilə əvvəllər də aralarında mübahisə və dava-dalaşları baş vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evin həyətində gəzən zaman qardaşı onun yanına gələrək ona “sənə deməmişəm bu evdə yaşama, çıx get bu həyətdən, get qayınatanın evində yaşa” deyə bildirmişdir. Sonra ona və ailəsinə qarşı nalayiq ifadələr işlətmiş, daha sonra qardaşı Vahid həyətdə olan yabanı əlinə götürərək onun yanına gəlib yabanın taxta hissəsi ilə onun 2 dəfə baş nahiyəsindən, 1 dəfə boğaz nahiyəsindən və 2 dəfə də sol ayağından vuraraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Sonra onu yerə yıxaraq onu həyətdə sürümüşdür. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət etmişdir. Mübahisə və dava-dalaşları xx.xx.2023-cü il tarixdə yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən evin həyətində baş vermiş və 5-10 dəqiqə davam etmişdir. Qardaşı Şəxs ilə mübahisə və dava-dalaş edən zaman qardaşı Vahidə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Hazırda barışmamışlar və Vahid barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə tarixdə saat 17:30 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndində şəxsi münasibətlər zəminində X4 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan 07 mart 2023-cü il tarixli, MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:13-də inzibati qaydada tutulmuşdur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar