Məhkəmə qərarları › İş №3(014)-156/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-156/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-156/2025 09.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, X2 tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin 26 fevral 2025-ci il tarixli, MN № 26311818 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binaslnda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin 26 fevral 2025-ci il tarixli, MN № 26311818 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və tətbiq edilmiş 2 cərimə balının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəməyə ərizə təqdim edərək, eyni məzmunlu şikayət ərizəsi ilə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdiyini, müraciətinə baxıldığını, hazırda məhkəmənin icraatında olan şikayətə baxılmasına zərurət olmadığını bildirirərək şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, qəbul edilmiş qərar üzrə verilmiş şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və hazırda sənədlərin geri qaytarılması barədə Qərib Qəribovun müraciətini araşdıraraq hesab edir ki, X1 ərizəsi təmin edilməli, X2 tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin 26 fevral 2025-ci il tarixli, MN № 26311818 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. X2 tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin 26 fevral 2025-ci il tarixli, MN № 26311818 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar