Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-157/2021 06.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Ağdaş şəhəri Ağlı küçəsidə yerləşən həyatdə Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2021ci il tarixdə Ağdaş şəhəri Ağalı küçəsində yaşayan X6 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək həyətində işlədiyi bağbanı Hüseyn adlı şəxsin qonşusu Nəbi və iki oğlu tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 xx xxxx 2020-ci il tarixli qərarı ilə, ünvan 3 ünvanında yaşayan xx.xx.1958-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi X5 izah etdi ki Şəxs xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Ağdaş şəhəri Ağlı küçəsidə yerləşən həyatdə Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirərək İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azər Əliyevi tanıdığını, onunla heç bir ədavətinin olmadığını, onun yaşadığı evin Azər Əliyevə məxsus həyətyanı bağ sahəsinə bitişik yerdə yerləşdiyini, onların həyətlərinin arasında setqa çəpər olduğunu, Azər Əliyevində illərdir ki, az-az olsada onların həyətlər arasındakı setqa çəpəri ona məxsus həyətə tərəf çəkərək öz həyətini böyütdüyünü, onunda bu barədə dəfələrlə Azər Əliyevə həyətləri arasındakı çəpəri onlar tərəfə çəkdirməməyi bildirsədə onun sözlərinə məhəl qoymayaraq həyətində işlətdiyi bağbana setqanın yerin dəyişdirdiyini, onunda bu barədə xx.xx.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində oğlu Ramin Məmmədovun yanında öz yaşadıqları evin həyətində olan zaman qonşusu Azər Əliyevin bağbanı Hüseynin yenədə setqa çəpərin yerinin dəyişməsini görüb həmin vaxt Hüseyini çağırıb seytqaya yaxınlaşmasını bildirdiyini, Hüseynində onun çağırmağına məhəl qoymayaraq onun yanına gəlmədiyini, Hüseyndən nə səbəbə setqanın yerini dəyişməsini soruşduğunu, həmin vaxtda o, əsəbləşərək Hüseynin “sən mənə demədən nə səbəbə Azərlə mənim həyətim arasındakı çəpərin yerin dəyişdirirsən” sözlərini söylədiyini, daha sonra onlar arasında sözlə mübahisələrinin yarandığını, mübahisə zamanı onun əlində olan taxta parçasını əsəbləşərək əsəbindən Hüseyinin üzərinə atdığını, ancaq taxta parçası Hüseyinə dəymədiyini, daha sonra yanında olan oğlu Ramin Məmmədovun setqadan Hüseynin yanına keçərək aralarında narazılıq yaranmasın deyə Hüseyni həyətdən kənara aparmağa çalışdığını, onunla Hüseyn arasındakı mübahisəni digər oğlu Anar Məmmədovun yaşadıqları evdən eşidib onların yanlarına gələrək oğlu Anarında qardaşı Raminlə Hüseyni olduğu yerdən kənarlaşdırmağa çalışdıqlarını, onun Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymədiyini, onunla Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı onlardan heç bir kəsi Hüseyn vuraraq döymədiyini, Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı orada oğlu Ramindən başqa heç kimin olmadığını, səslərinə yaşadıqları evdən böyük oğlu Anar Məmmədovun gəldiyini, aralarında olan mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, müəyyən həyətlərdə fəhləlik edib pul qazandığını, onun Ağdaş şəhəri Ağalı küçəsində Azər Əliyevə məxsus həyətyanı torpaq sahəsində olan meyvə ağaclarına qulluq edib həyəti təmizləyərək səliqəli olmasına görə həmin həyətdə işlədiyini, onun xx.xx.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində Azər Əliyevə məxsus Ağdaş şəhəri Ağalı küçəsində olan həyətyanı sahədə ağaclara qulluq edib və həyəti təmizləyən zaman qonşuluqda yaşayan Nəbi adlı şəxsin özünə məxsus həyətyanı torpaq sahəsində duraraq onu yanına çağıraraq nə səbəbdən onunun yaşadığı evin həyəti ilə Azər Əliyevin yaşadığı evin həyəti arasında olan setqa çəpəri onlar tərəfə çəkməyini bildirdiyində onunda Nəbi adlı şəxsə çəpəri onlar tərəfə çəkmədiyini, həmin vaxt Nəbi onun ünvanına nalayiq söyüşlər söyən zaman onunda Nəbi adlı şəxsə nə səbəbdən onun ünvanına nalayiq söyüşlər söyməsinə görə iradını bildirdiyini, həmin vaxt Nəbi əlində olan taxta parçasın onun üzərinə atan zaman taxta parçası onun sağ əlinə dəydiyini, həmin vaxt Nəbinin kiçik oğlu Ramin adlı şəxsin öz həyətlərindən onun olduğu həyətə keçərək onunla Nəbi arasında heç bir dava-dalaşın baş verməməsi səbənidən onu oradan kənarlaşdırmaq istəyən zaman Nəbinin böyük oğlu Anar adlı şəxsin setqa çəpərin üzərindən onun olduğu həyətə keçib üzərinə gəlib sol əli ilə onun paltarının yaxasından tutub sağ əlini göyə qaldırıb onu vuraraq döyməsini bildirdiyini, həmin vaxt Raminin qardaşı Anarı ondan ayıraraq uzaqlaşdırdığını, həmin vaxtlardada yenədə Nəbinin öz yaşadığı evin həyətində setqa çəpərin yanında duraraq nalaiq söyüşlərlə onun ünvanına nalayiq söyüşlər söyməyə davam etdiyini, daha sonra Ramin və Anarın öz həyətlərinə keçdikdən sonra onunda bu barədə işlədiyi evin həyətinin sahibi Bakı şəhərində yaşayan Azər Əliyevə telelefonla zəng edərək olanları ona bildirdiyini, onunla Nəbi və oğlanları Anar, Ramin arasında olan mübahisə zamanı o, heç bir kəsin heç bir yerindən vuraraq döymədiyini və kimlərinsə ünvanına nalayiq söyüşlər söymədiyini, aralrınd olan dava-dalaş və mübahisə zamanı orada Nəbi və oğlanları Ramin, anardan başqa heç kimin olmadığını, səslərinə heç kimin gəlmədiyini, aralarında olan dava-dalaş və mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, onun Ağdaş şəhəri Ağalı küçəsində yaşayan Nəbi və onun oğlu Anardan şikayətçi olmasını bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2021-ci il tarixli 127 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin üst səthinin V daraq sümüyü proyeksiyası üzrə olan qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladırıcı hallarının olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1958-ci il tarixdə Ağdaş rayonu, Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri, Ağalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-157/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-157/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver