Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-158/2021 05.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, şikayətçi X1 və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* saylı qərarı üzrə İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini belə əsaslandırmışdır ki, ümumiyyətlə kəndin kənar hissələrində, adətən Şıxlı kəndinə və magistral yola yaxın hissələr yırtıcı heyvanlarla (çaqqal, tülkü, canavar və s.) doludur. Keçən il həmin ərazinin yaxınlığında iki ədəd qoyunum yırtıcı heyvan (təxminən canavar) tərəfindən parçalanmışdır. Bu səbəbdən qoyunları otaran zaman tüfənglə birlikdə hərəkət etmək məcburiyyərində qalırıq. 16.03.2021-ci il tarixdə qoyunlarımı otaran zaman da tüfəngimi yanımda götürmüşdüm. Bu zaman yolla keçən bir neçə nəfər maşından düşərək tüfəngimi zorla alıb, şəkil çəkərərək maşına minib getdilər. Onlardan hərəkətlərinin səbəblərini soruşduqda, mənə heç bir izah vermədilər. Daha sonra 27.03.2021-ci il tarixdə poçt vasitəsilə inzibati xəta haqqında protokol üzrə işə baxılması üçün 31.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (Mingəçevir şəhəri, M.Maqomayev pr. 11) çağırılmağım barədə bildiriş aldım. Həmçinin bildirişdə Şıxlı kəndi ilə Biyan zavodu ərazisində qanunsuz ov etməyim barədə protokol tərtib olunduğu, 31.03.2021-ci il tarixdə icrası məcburi olan qərar qəbul ediləcəyi qeyd edilmişdir. 02.04.2021-ci il tarixdə poçt vasitəsilə inzibati xəta haqqında saxta qərarı aldım. Aşağıdakı səbəblərdən qərarın qanunsuz olduğu üçün ləğv edilməli olduğunu hesab edirəm. Ov etmədiyim halda barəmdə iştirakım olmadan 16.03.2021-ci il tarixdə protokol tərtib edilmiş, 27.03.2021-ci il tarixdə bildirişi aldıqda onlardan məlumatım olmuşdur. Protokola imza etməyim belə mənə təklif edilməmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsinin tələbinə uyğun olaraq tərtib edilmiş protokolda işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüququmdan məhrum edilmişəm. Protokola imzam çəkilmişsə və ya imtina etməyim qeyd edilmişsə araşdırılmalıdır. İnzibati xəta törətmədiyim halda, araşdırılma aparılmadan, özbaşına, vəzifə səlahiyyətinin aşılaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* nömrəli qərarının qəbul edilməsi zamanı həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2012-ci il 29 noyabr tarixli 01-Q nömrəli Qəran ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydalarının tələbləri də pozulmuşdur. Beləliklə, əməlimdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmaması, aktın və protokolun iştirakım olmadan tərtib edilməsi, işə baxılması barədə qanuna müvafıq məlumatlandırılmamağı və s. səbəblərdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında inzibati cərimə olunmağı barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə və ekoloji monitorinq sektorunun baş məsləhətçisi müfəttiş X6 izahat verərək göstərmişdir ki, X5 özünə məxsus 16 kalibirli cütlülə (KA.4397) ov silahı ilə Ağdaş rayonu Şıxlı kəndi ilə Biyan zavodun ərazisindəki açıq sahədə ov edərkən saxlanılmışdır. X5 barəsində 16 mart 2021-ci il tarixdə İXM-nin 272.3-cü maddəsi ilə protokol tərtib edilmiş, 31.03.201-ci il tarixli MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında inzibati cərimə edilmişdir. Buna görə də şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında, 12 mat 2021-ci il tarixdə xidməti ərazidə keçirilən reyid zamanı Ağdaş rayon Aşağı Şıxlı kəndinin açıq ov ərzisində Şəkili kənd sakini X3 qoşalülə tüfənglə ərazidə gəzdiyini müşahidə etdiyini, ona yaxınlaşıb ov silahının verilməsini xahiş etdiklərini, silahı onlara təhfil verdiyini və silaha aid sənədləridə təhfil verdiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş 23.02.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 qanunsuz ov etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinmiş və 1000 manat məbləğində cərimə edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* saylı qərarı üzrə İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə qərarın ləğv edilməsi barədə tələbi təmin edilməlidir. Qanunun mənasından göründüyü kimi X5 mülkiyyətində olan torpaq sahəsində əkdiyi ağacları müvafiq icra hakimiyyəti orqanın icazəsi olmadan kəsməklə İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. X1 İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın hadisəsi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, X4 istinad edilən inzibati xəta hadisəsi baş verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31.03.2021-ci il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-158/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-158/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver