Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-158/2022 05.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta protokolu üzrə materiala 05 aprel 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə İXP4553335 saylı inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 17 fevral 2022-ci il tarixdə saat 16:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayon ərazisindən keçən 243-cü km-də idarə etdiyi “VAZ-2107” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, Ağdaş rayonu Ləki kəndinə gedən yolun kəsişməsində olan dairəyə dəymiş, nəticədə xəsarət alaraq Ağdaş RMX-na müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.5-ci maddəsinə əsasən inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı müəyyən edilməlidir: Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Ağdaş rayon PŞ-nin DYPB-nün baş inispektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, Ağdaş rayon PŞ-nin DYPB-nün baş inispektoru, polis baş leytenantı X2 tərəfindən saylı inzibati xəta haqqında protokol tərtib edilərkən qanunun tələbləri kobud surtdə pozularaq, inzibati xətanın törədildiyi vaxt, iş üzrə zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xətanın törədilməsi nəticəsində maddi zərərin məbləği protokolda qeyd edilməmişdir. Bundan başqa maddi ziyanın dəyməsinə dair ziyan aktı, maddi ziyan dəymiş nəqliyyat vasitəsinə dair zəruri sənədlər, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş İXP4553335 saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-158/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-158/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver