Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-158/2024 15.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X5, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 4000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonu Orta Ləki kəndində yaşayır. Azərbaycan Respublikasi ƏƏSMN yanında DƏMX Mərkəzi Aran regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib edərək, həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar qəbul edərək, onu 4000 manat cərimə etdilər. Cərimə olunmağına əsas kimi guya onun 1 ildən artıq bir müddətdə əmək müqaviləsi olmadan işçi işlətməyidir. Halbuki, belə bir hal baş verməmişdir. Belə ki, əslində o, heç bir qayda pozuntusuna yol veməmişdir. Ümumiyyətlə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində qeyd edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini həyata keçirməmişdir. Barəsində qərar qəbul edilən zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydalara əməl edərək işçilərlə əmək müqaviləsi bağlamışdır. Lakin Azərbaycan Respublikasi ƏƏSMN yanında DƏMX Mərkəzi Aran regional şöbəsi tərəfindən heç bir araşdırma aparılmadan barəsində qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikasi ƏƏSMN yanında DƏMX Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi onun hüquqlarını bilməməyindən istifadə edən Azərbaycan Respublikasi ƏƏSMN yanında DƏMX Mərkəzi Aran regional şöbəsi tərəfindən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik prinsiplərinə əməl edilməmişdir və qanunsuz olaraq mənə cərimə yazılmışdır. Buna görə də Azərbaycan Respublikasi ƏƏSMN yanında DƏMX Mərkəzi Aran regional şöbəsi xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, Ağdaş rayon Prokurorunun 28 fevral 2024-cü il tarixli qərarı ilə X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və sözü güdən qərar onlara daxil olduqdan sonra müvafiq inzibati araşdırma aparılmaqla X9 Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 4000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş protokol və protokol əsasında qəbul edilmiş qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş və işin materiallarına əlavə edilmiş Ağdaş rayon Prokurorunun 28 fevral 2024-cü il tarixli qərarından görünür ki, X9 barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və işin materiallarına əlavə edilmiş X3 izahatından görünür ki, X6 məxsus mikro marketdə 1 ilə yaxın müddətdir ki, xadimə işləyir. Günlük iş saatları 3-4 saat təşkil edir və 100 manat miqdarında əməkhaqqı alır. Məhkəməyə təqdim edilmiş və işin materiallarına əlavə edilmiş X5 izahatından görünür ki, X7 ona məxsus mikro marketdə xadimə işləyir. Günlük iş saatları 3-4 saat təşkil edir və həftənin 1-5-ci günləri işdə olur. X4 əmək kitabçasının açılıb-açılmamasından məlumatı yoxdur, eyni zamanda düşünür ki, əmək kitabçası Nüşabəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən doldurularaq verilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, təqdim edilmiş sənədləri və işin faktiki hallarını araşdırmaqla, belə nəticəyə gəlir ki, X9 qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 4000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Adı çəkilən qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Ona görə də, X5 Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət Mərkəzi Aran regional şöbəsinin 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-158/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-158/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver