Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-159/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Şəxs 06 mart 2022-ci il tarixdə, təxminən saat 16:15 radələrində Ağdaş-Zarağan yolunun 4-cü kilometrliyində etibarnamə olmadanidarə etdiyi «VAZ 2107» 90FM667 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olarkən qəfləti idarəetməni itirmiş, nəticədə qarşı hərəkət zolağında hərəkətdə olan “QAZ 2410” markalı 10HO173 dövlət qeydiyyat nişanlı avtomobili və “MERCEDES BENZ” markalı 90LM731 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “MERCEDES BENZ” markalı avtomobilin sürücüsü X1 bədən xəsarəti almışdır. Həmçinin hadisə zamanı hadisənin baş verməsinə səbəb Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Ağdaş Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 06 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 333.3-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin DYPB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru polis baş leytenantı X4 tərəfindən 07 aprel 2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair LXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və 06.03.2022-ci il tarixdə qaynı X2 məxsus “Vaz-2107” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün istifadəsində olduğunu, həmin avtomobilin qaynı Ayxan Bəxtiyarlının bir günlük ona istifadə üçün verdiyini, 06.03.2022-ci il tarixdə nahar fasiləsi zamanı dostu X3 ilə Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən kafedə əyləşib yemək yediklərini, yemək yeyərkən təxminən ikisinə yarım litr spirtli içki içdiklərini, nahar fasiləsindən sonra 06.03.2022-ci il tarixdə təxminən saat 16:15 radələrində qaynı Ayxan Bəxtiyarlıya məxsus **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Ağdaş şəhərinə gedərkən Ağdaş-Zarağan yolunun 4-cü kilometrliyində qəflətən idarə etdiyi avtomobilin qabaq sol şininin partladığını, həmin avtomobilin idarə etməni itirərək onunla qarşı hərəkət zolağında üzü Qəbələ rayonu istiqamətində hərəkətdə olan “Qaz-2410” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə dəyərək, həmin avtomobil idarə etməni itirərək, yolun sağ ehtiyyat hissəsinə çıxaraq, sürücü təcrübəsiz olduğu üçün “Qaz-2410” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirərək çınqıl daşlıq hissədə avtomobili aşırtdığını, idarə etdiyi “Vaz-2107 markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qabaq təkəri partladığı üçün, avtomobilinin idarə etməsini itirərək yolun sağ hərəkət zolağına keçmiş, təxminən 5-6 metr məsafədə qarşı hərəkət zolağında üzü Qəbələ rayonu istiqamətində hərəkətdə olan “Mersedes” markalı **-LM-*** dövlət qetdiyyat nişanlı avtomobil ilə toqquşduğunu, toqquşma zamanı avtomobilinin sürətinin 30- 35 km/saat, qarşıdakı avtomobilin sürətinin isə təxminən 50-60 km /saat saat olduğunu, bundan sonra öz avtomobilindən çıxaraq “Qaz-2410” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdığını, həmin avtomobilin sürücüsünü avtomibildən çıxartdığını, xəsarətin alıb-almadığını soruşduğunu və Ağdaş RMX-na mürəciət etməsi ilə bağlı zərurətin olub-olmadığını soruşduqda, həmin sürücünün buna ehtiyac olmadığını və dərhal digər avtomobilə birlikdə yaxınlaşmalarını bildirdiyini, yol nəqliyyat hadisəsi zamanı təxminən 50 km/s sürətlə hərəkətdə olduğunu, yol nəqliyyat hadisəsi baş verməsinə səbəbi idarə etdiyi “Vaz-2107” markalı **-FM-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərin partlaması olduğunu, yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobildə özündən başqa heç kim olmadığını, hadisədən qabaq spirtli içki qəbul etdiyini, Ayxan Bəxtiyarlı avtomobili ona bir günlük istifadə üçün verdiyini, həmin avtomobili etibarnamə olmadan idarə etdiyini, hadisə zamanı özünün və “Mersedes” markalı avtomobilin sürücüsünün xəsarət aldığını, dəymiş ziyanı ödədiyini, törətdiyi inzibati xətaya görə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini Zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmadığını bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbini bildirmədikləri üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsaslanaraq zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətalatın törədilməsində təqsirlidir, lakin Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş işlərə baxmadığı üçün Şəxs barəsində ancaq Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat apatrılan şəxsin səmimi peşmançılığı, vurulmuş zərərin ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhduldaşdırılmaqla cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1995-ci ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-159/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-159/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver