Məhkəmə qərarları › İş №3(014)-159/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-159/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-159/2024 05.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan məktubdan görünür ki, 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar 28 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 yaşadığı ünvan 1i ünvanına göndərilmişdir, lakin buna baxmayaraq şikayətçinin ərizəsi məhkəməyə 05 aprel 2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən, həmçinin şikayətçinin nümayəndəsi tərəfindən şikayət ərizəsi imzalanmadığından şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar