Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-16/2025 10.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin 14 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 03 oktyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən 14 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X4 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələbinə riayyət etməyərək maneəni kənardan keçmə qaydalarının pozaraq inzibati xəta törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-dən xx.xx.2024-cü il tarixdə istifadə etdiyim ***-***-**-** mobil nömrəyə tanımadığı bir şəxs zəng vuraraq 7E-11457 saylı etibarnamə əsasında idarə etdiyi “Kia Pride minik” markalı, **-DG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Bakı şəhər ərazisində yol hərəkəti qaydalarını pozduğunu və Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-yə yaxınlaşmağını bildirdi. O qeyd olunan qayda pozuntusu ilə əlaqəsi olmadığını bildirirək əgər belə bir qayda pozuntusu varsa, qanunvericiliyə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmasını, foto və ya video görüntülərlə birgə ona göndərilməsini bildirdi. Təxminən 1 ay sonra mobil telefonunda DİN-in “E-Polis” tətbiqində cərimələri haqqında yoxlama apararkən xx.xx.2024-cü il tarixli, İXP6595458 saylı protokol tərtib olunduğunu görmüşdür. Cərimə haqqında məlumatlarda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu R.Zorge küçəsində İXM-in 327.4 1.1, 1.3 və 1.11 üfüqi nişanlarıma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə 100 manat və 1 bal cərimə olunmuşdur. Qeyd olunan protokolun hansı vaxt aralığında, harda və kim tərəfindən yazıldığını bilmir, onun iştirakı olmamışdır və onun iştirakı olmadan TP6808188 saylı qərar çıxarılmış daha sonra “E-Polis” tətbiqinə yerləşdirilmişdir. Qeyd olunan qayda pozuntusu ilə bağlı heç bir foto və ya video qeyd kabinetə yerləşdirilməmiş və ona göndərilməmişdir. Həmçinin İnzibati xəta pozuntusu başqa zamanda olduğu halda, İnzibati xəta haqqında protokol isə başqa bir zamanda tərtib olunmuşdur. Həmçinin bunu hansı xüsusi texniki vasitə ya səlahiyyətli şəxsin müəyyən etdiyi məlum deyil. Bildirir ki, tərtib olunan İnzibati xəta haqqında protokolu qanunsuz və əsassız hesab edir. Bununla bağlı dəfələrlə DİN-in 102 çağrı mərkəzinə, “E-Polis” tətbiqi və DİN-in rəsmi internet saytı vasitəsi ilə şikayət etməyinə baxmayaraq müraciətinə baxılmamış və cavab verilməmişdir. Sonuncu olaraq DİN-in mətbuat xidmətinin rəisi cənab Elşad Hacıyevə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə müraciət etdikdən sonra yenidən telefon zəngi vasitəsi ilə Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-yə çağırılmış və qeyd olunan şikayətlərlə bağlı elektron poçt ünvanına məktub göndərdiklərini bildirdilər. Həmçinin xx.xx.2024-cü il tarixdə yaşadığı ünvana bu barədə poçt vasitəsi ilə məktub daxil olmuşdur. Qeyd olunan maddələrə əsasən məhkəmədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP6808188 saylı inzibati tənbeh verilmə haqqında qərarın ləğv edilməsi barədə qərar çxarılması xahiş edilmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş video görüntüdən görünür ki, inzibati xəta nəticəsində X3 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı şikayətə baxılarkən məhkəməyə təqdim edilmiş görüntülərdən müəyyən edilmişdir ki, sürücü X4 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərini xətlərinin tələbinə riayət etməyərək maneəni kənardan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X3 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin 14 oktyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-16/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-16/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver